Gündəm
Zaxarova: "İqor Popov həmsədr kimi fəaliyyətini davam etdirir"
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmağa davam edir.
Aktrisa soyunmadığı üçün 10 milyon dollar CƏRİMƏLƏNƏ BİLƏR
ABŞ-lı aktrisa Amber Heard ötən il çəkildiyi yeni filmindəki sevişmə səhnələrində soyunmağı rədd etdiyi üçün 10 milyon dollar təzminat ödəməli olacaq. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, aktrisa haqda filmdə "performans və təqdimat öhdəliklərini pozduğu" iddiasıyla istintaq başlanılıb.
Əmək yarmarkası keçirilib
İsmayıllı rayon İcra Hakimiyyəti və rayon məşğulluq mərkəzinin təşkilatçılığı ilə “Gənclər mərkəzi”ndə əmək yarmarkası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, işə götürənlər iş axtaranlarla birgə əvvəlcə Mərkəzin iclas zalına toplaşıblar. Rayon məşğulluq mərkəzinin direktoru Həsən Həsənov yığıncağı açaraq qeyd edib ki, ilin ötən ayları ərzində Ərazi Məşğulluq Proqramı daha da təkmilləşdirilib. 9 ayda 554 nəfər işlə təmin olunub. Onların 272 nəfəri gənc, 55 nəfəri qadın, 22 nəfəri isə məcburi köçkün olmuşdur. 328 nəfər gənc peşə yönümü məsləhətlərinə cəlb edilib. 18 nəfər qeyri-məşğul vətəndaş Göyçaydakı regional peşə tədris mərkəzində 3 aylıq traktorçu-maşınçı kursuna göndərilib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev qeyd edib ki, RİH əhalinin məşğulluq səviyyəsinin artması üçün ardıcıl tədbirlər görür, yeni-yeni iş yerlərinin açılması üçün layihələr həyata keçirir.Xidmət və tikinti-təmir sahələrinə daha çox işçi cələb olunur. Toplantıdan sonra “Gənclər mərkəzi”nin foyesində işə götürənlər iş yerlərini işaxtaranlara təqdim ediblər. Yarmarkaya 69 idarə, müəssisə və təşkilat və iş adamları tərəfindən 203 boş iş yeri çıxarılmışdı. Onların 8-i qulluqçu, 103-ü fəhlə, 19-u isə xidmət sahələri üzrə idi. Əmək yarmarkasının yekunu olaraq 91 nəfər işaxtarana təklif olunan boş yerləri tutmaq üçün göndəriş verilib
İslam dini kişilərə saçlarını və saqqalını boyamağa icazə verirmi?
İslam alimləri kişilərin saçlarını və saqqalını qara rəngdən başqa digər rənglərə boyamağı caiz hesab edirdilər.Həmin alimlər arasında hətta elələri də vardı ki, bunu gözəl və cavan görünmək üçün etməyin vacibliyini qeyd edir, sübut olaraq bu hədisi misal gətirirdilər: “Allah Gözəldir və gözəlliyi sevir”
Azərbaycanda təkmil siyasi sistem bərqərar olub
“Prezident İlham Əliyevin həyata keçirdiyi sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olub”. Bu fikri Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM), Avropa İttifaqı (AI), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və SİGMA-nın birgə təşkilatçılığı ilə “Dövlət İdarəetmə Prinsipləri: Beynəlxalq təcrübə və inkişaf perspektivləri“ mövzusunda keçirilən konfransda deyib. Konfransda çıxış edən Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov bildirib ki, Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində ciddi işlər görülüb.
Deputat dollar kreditlərinə amnistiya verilməsini təklif edib
“Bankların borc probleminin gələcəyə qalmaması üçün monitorinq aparılmalıdır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bu gün Bakıda keçirilən bank forumunda çıxışında bildirib.
"Pakistan aprel döyüşlərində Azərbaycanı dəstəklədi" - Şarmazanov
Pakistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasında (PA) müşahidəçi statusunun verilməsi məsələsi Ermənistan nümayəndə heyətinin səyi nəticəsində Şuranın gündəliyindən çıxarılıb. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə KTMT PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Eduard Şarmazanov bildirib.
Hər bir gənc vətənpərvər olmalıdır
Müasir Azərbaycan gəncliyinin intelektuai səviyyəsi geniş olduğundan vətənpərvərlik anlayışı da eyni çevrəni əhatə edir. Nəzərə almaq lazımdır ki, bu anlayış bir sıra dəyərlərə söykənir. Gənclər üçün vətənpərvərlik anlayışı təkcə torpağa, Vətənə bağlılıqla məhdudlaşmır, odur ki, müasir gəncliyin timsalında vətənpərvərlik hisslərini özündə təcəssüm etdirən bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır. Xüsusən, müstəqillik əldə etdikdən sonra Azərbaycanda yetişən gənc nəsil öz bilik və bacarığı ilə fərqlənir. Bunun üzərinə sağlam ruh və intelekti də əlavə etsək Vətəni qorumağa qadir nəslin formalaşdığı qənaətinə gələ bilərik. Bütün sadalananlar heç şübhəsi ki, gənclərin milli adət-ənənəyə sadiq, vətənpərvər ruhda böyüməsinə zəmin yaradır.
Vətənpərvərlik ideologiyası xaricdə yaşayan soydaşlarımıza da aşılanmalıdır
Dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı əsas niyyətlər kimi bəyan edən Azərbaycan gənci hər an Vətənin müdafiəsinə hazlrdır. Heç şübhəsiz ki, gənc əsgərlərimiz də ölkəmizin hərbi qüdrətinin artırılmasına, ordu quruculuğu sahəsində böyük uğurların qazanılmasına öz töhvələrini verməkdədirlər.
Səfir: "Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca Azərbaycana qarşı haqsızlıq artır"
Azərbaycan və Türkiyənin sağalmaz yarası Dağlıq Qarabağ münaqişəsidir. Bu münasiqə həll olunmadıqca qardaşımıza qarşı haqsızlıq getdikcə artır.
Türkiyədə ŞOK: Zibillikdən yığılan çörək qırıntılarından şiriniyyat hazırlayırlar - VİDEO
Türkiyənin Esenyurt Bələdiyyəsi polislərlə birgə bir şiriniyyat müəssəsində qəfil yoxlama aparıblar. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, səlahiyyətlilərin həmin məkanda qarşılaşdıqları mənzərə bir çox məqamların üstünü açıb.
Mahmudovun "Mişa"sı haqda "milyonluq" FAKTLAR
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və oğlu Anar Mahmudovun nəzarətində olan şirkətlərin faktiki, amma qeyri-rəsmi mühasibi "Mişa"nın on milyonlarla ölçülən vəsaitləri qanunsuz olaraq özündə saxlaması, vaxtaşırı müəyyən kanalları yönləndirməsi aşkarlanıb.
Azərbaycana 5 min M4 tüfəngi satmaq istəyən Anri Şuşan həbs olundu
ABŞ-ın Federal Təhqiqatlar Bürosu aylarla davam edən xüsusi əməliyyatın nəticəsi olaraq Azərbaycana üçüncü ölkə üzərindən silah satmağa hazırlaşan İsrail vətəndaşını həbs edib.
ABŞ polisi hər dəqiqə Trampın ulduzunu qoruyacaq
ABŞ-ın Los-Anceles şəhər polisi bundan sonra hər dəqiqə yeni seçilən prezident Donald Trampın Məşhurlar xiyabanındakı ulduzunu qoruyacaq. Olaylar.az xəbər verir ki, bu barədə azvision.az "TMZ"yə istinadən xəbər verir.
“Tramp və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi”
Amerikada çıxan “The American Thinker” qəzetində Los-Ancelesdəki Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq direktoru, siyasi icmalçı Ceyson Katsın “Tramp və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi” sərlövhəli məqaləsi dərc olunub.














