İslam dini kişilərə saçlarını və saqqalını boyamağa icazə verirmi?
İslam alimləri kişilərin saçlarını və saqqalını qara rəngdən başqa digər rənglərə boyamağı caiz hesab edirdilər.Həmin alimlər arasında hətta elələri də vardı ki, bunu gözəl və cavan görünmək üçün etməyin vacibliyini qeyd edir, sübut olaraq bu hədisi misal gətirirdilər: “Allah Gözəldir və gözəlliyi sevir”
24 Noyabr 2016 16:42 Dinİslam alimləri kişilərin saçlarını və saqqalını qara rəngdən başqa digər rənglərə boyamağı caiz hesab edirdilər.Həmin alimlər arasında hətta elələri də vardı ki, bunu gözəl və cavan görünmək üçün etməyin vacibliyini qeyd edir, sübut olaraq bu hədisi misal gətirirdilər: "Allah Gözəldir və gözəlliyi sevir"
Hədislərdə insanın müsəlman olaraq ağarmış saçlarla yaşa dolması təqdir olunur.Bəzi hədislərə nəzər salaq:
"Ağarmış tüklərinizi qoparmayın, çünki müsəlmanın başındakı hər ağarmış tük Qiyamət günü onun üçün nur mənbəyi olacaqdır;hər bir ağ tük əvəzinə onun bir günahı bağışlanacaq və hər bir ağ tükə görə ona bir mükafat veriləcək"(Tirmizi).
"Qocalığı örtmək məqsədilə qoparılmış hər ağ tük Qiyamət günü həmin adamın bədəninə batırılacaq xəncərə dönəcək"(Deyləmi).
"Ağarmış tükləri qoparmayın,çünki onlar müsəlmanın nurudur"(Tirmizi).
"Müsəlman olaraq saçları ağarmış kəsin bütün günahları bağışlanacaq"(İmam Rəbbani).
Hədislərə görə,müsəlmanın ağ saçlı yaşlanması onun üçün böyük mərhəmətdir, buna görə də ən doğrusu saç və saqqalı rəngləməməkdir."Qiyamət günü Allah saçını və saqqalını qara rəngə boyayanların üzünə baxmayacaq"(Əbu Səid).;"Ağ tüklərini qoparmış, saç və saqqalını qara rəngə boyamış kəslərin Allah qarşısında xətri olmayacaq"(Təbərani).
Bəs,Peyğəmbərin(s) bu məsələyə münasibəti necə olub? İbn Hişamın "Muhəmməd(s) Peyğəmbərin(s) həyatı" əsərində "Əbu Qühafənin islamı qəbul etməsi" bölümündə oxuyuruq: "Allahın Elçisi(s)Məkkəyə girib Kəbədə olduğu zaman Əbu Bəkr atası Əbu Qühafəni onun yanına gətirdi...Allahın Elçisi(s) Əbu Qühafəni qarşısında oturtdu, əlini onun sinəsinə toxundurub söylədi: "İslamı qəbul et!" Əbu Qühafə islamı qəbul etdi.Sonra Peyğəmbər(s) onun ağarmış saçlarına işarə edib Əbu Bəkrə: "Onun saçlarını və saqqalını boyayın!"-deyə buyurdu.
"Qurani-Kərim"ə gəlincə, bu Kitabda sözügedən məsələ barəsində bəhs edilmir. Bu isə o deməkdir ki, "Quran"ixtiyarı kişilərin özlərinə verir- yəni istəyən saçını və saqqalını istədiyi rəngə boyaya bilər.
Elmira Qafarova