Gündəm
Deputat: “Azərbaycanın kənd təsərrüfatı böyük potensiala malikdir”
“Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından kənd təsərrüfatı böyük potensiala malikdir. Məhz buna görə də ölkəmiz hazırda aqrar sektorun dinamik inkişafına nail olmağı qarşıya strateji hədəf kimi qoyub”.
Ağacın altında qalıb dünyasını dəyişdi
Oğuzda məcburi köçkün bədbəxt hadisə nəticəsində həyatını itirib. Məlumata görə, hadisə rayon ərazisindəki meşə massivində baş verib. Belə ki, 1974-cü ildə Ağdam rayonunda anadan olmuş, hazırda Oğuz rayonunda məskunlaşan məcburi köçkün Mutalib Cəfər oğlu Məmmədovun üzərinə hələlik istintaqa məlum olmayan səbəbdən ağac düşüb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 42 yaşlı M. Məmmədov Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib. Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
Dini radikalizmin gənclərin vətənpərvərlik ruhuna mənfi təsiri
Şəki rayonu Daşüz kənd tam orta məktəbində Şəki şəhər Mərkəzi “Cümə” məscidi dini icmasının “Dini radikalizmlə mübarizə hər birimizin borcudur” layihəsi çərçivəsində “Dini radikalizmin gənclərin vətənpərvərlik ruhuna mənfi təsiri" mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu gün və sabah geomaqnit həyəcanlanma yuxarı səviyyədə olacaq
Hazırda Günəşin səthində 11 ləkə və 1 fəallıq qrupu (ləkələr toplusu – AR) müşahidə olunur. AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev APA-ya bildirib ki, diskin kənarına yaxın yerləşən aktiv region - AR 2612 mürəkkəb maqnit konfiqurasiyasına malik olsa da, güclü alışmanın baş vermə ehtimalı çox aşağıdır. Onun sözlərinə görə, bir azdan bu aktiv region Günəşin fırlanması səbəbindən görünən diskin mərkəzinə keçəcək və o, “geoeffektiv” olacaq: “Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur) və bu, artıq G1 səviyyəli geomaqnit qasırğası deməkdir. Bu gün və sabah geomaqnit həyəcanlanmasının yuxarı səviyyədə qalacağı gözlənilir. Səbəb isə Günəş səthində yeni formalaşmış iri “tac dəliyi”dir. “Tac dəlikləri” demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir. Buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir, Yer maqnitosferini həyəcanlaşdırır və geomaqnit qasırğalarına səbəb ola bilir”.
Azərbaycan prezidenti dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
“Azərtac” və daha üç dövlət qurumunun hüquqi statusu dəyişdirilib
Azərbaycan Dövlət İnformasiya Agentliyi, Müəllif Hüquqları Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Dənizkənarı Bulvar İdarəsinin hüquqi statusu dəyişdirilib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs olub
Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin hüquqi statusu dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsə çevrilib
Bakı Nəqliyyat Agentliyinin hüquqi statusu dəyişdirilib. “APA-Economics” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında bu gün imzaladığı fərmana əsasən, “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabinetiyanında Bakı Nəqliyyat Agentliyi əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılacaq.
Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətləri artırılıb
Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətləri artırılıb. “APA-Economics” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında bu gün imzaladığı fərmana əsasən,Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilib və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hüquqi statusu dəyişdirilib.
Müxalifətin mərkəzdəki partiyalar yox səviyyəsindədirsə... TƏRS BAXIŞ
Rayon təşkilatları ümumiyyətlə mövcud deyil Ənənəvi müxalifətin son illərdəki zəifliyi və get-gedə siyasi arenadakı mövcudluğunu itirməsi prosesi indi daha sürətli hal alıb. Əgər nəzərə alsaq ki, AXCP, Müsavat, KXCP, Ümid və s. partiyaların Bakıdakı fəaliyyətləri tamamilə iflic vəziyyətdədir, bu zaman həmin partiyaların rayon təşkilatları ümumiyyətlə, yox səviyyəsindədir. Hətta bunu onların özləri də açıq şəkildə etiraf edirlər. Halbuki, partiyalar hər seçkilər öncəsi özündənmüştəbeh bəyanatlar verərək, “rayon təşkilatlarında konfranslar keçirilir” tipli başlıqlarla mediaya çıxıb icrimai rəyə yalan sırımaqla məşğul olublar. Çünki onların bir çox rayonlarda yerli şöbələri belə mövcud deyil. Həmçinin, AXCP və Müsavat kimi partiyaların bölgələrdə uzağı bir-iki təşkilatı var ki, onların fəaliyyətləri ümumiyyətlə kağız üzərindədir. Çünki faktlardan biri də rayon təşkilatlarında mərkəzlə fikir ayrılıqları yaşanır.
Lavrov Türkiyəyə gedir - Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edəcək
Rusiya və Türkiyənin xarici işlər naziri Sergey Lavrov və Mövlud Çavuşoğlu Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.
Nyu York polisi gücləndirilmiş rejimə keçir - terror təhlükəsi var
Nyu York polisi İŞİD qruplaşmasının mümkün terror hücumları ilə əlaqədar olaraq, Şükranlıq gününə həsr olunmuş paradın mühafizəsini gücləndirəcək.
Karen Hill: "Azərbaycanda dövlət idarəçiliyinin daha yaxşı fəaliyyəti üçün potensial var"
Azərbaycanda dövlət idarəçiliyinin daha yaxşı fəaliyyət göstərməsi üçün potensial vardır. Milli.Az xəbər verir ki, bunu Avropa İttifaqı (AI) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) idarəetmə və menecment sahəsində təkmilləşməyə birgə dəstək proqramı olan SİGMA-nın rəhbəri xanım Karen Hill Bakıda "Dövlət İdarəetmə Prinsipləri: Beynəlxalq təcrübə və inkişaf perspektivləri" mövzusunda keçirilən konfransda bildirib. O qeyd edib ki, tədbirin məqsədi Azərbaycanın iqtisadi və sosial inkişafı üçün səmərəli, məsuliyyətli, effektiv və şəffaf dövlət idarəçiliyinin həyata keçirilməsinin mühümlüyünü çatdırmaq, o cümlədən islahatlarla bağlı müvafiq tədbirləri müəyyən etmək və bu prosesə dəstək verməkdir.
Komitə sədrindən zəvvarlarımızın sərhəddə saxlanılmasına REAKSİYA: "Bizdən razılıq almalıdırlar"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gün İraq-İran sərhədində 500 azərbaycanlı zəvvarın saxlanılması məsələsinə aydınlıq gətirib.











