Gündəm

"Solvan"dan "Qarabağ"ı sevindirəcək xəbər

24 Noyabr 2016 19:00

Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" Liberets şəhərində "Slovan"ın qonağı olacaq. 

Jurnalist Tofiq Rüstəmovun 80 illik yubileyi qeyd olunub

24 Noyabr 2016 18:54

Bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə jurnalist Tofiq Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Rusiya Frenk El Kaponenin təşkilatını ləğv edir

24 Noyabr 2016 18:44

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Fizuli Məmmədovun (Frenk El Kapone) sədri olduğu "Dünya Azərbaycanlıları İttifaqı"na (DAİ) xitam verir.

Disneylənddə terror planlaşdıranlar saxlanıldı

24 Noyabr 2016 18:43

Fransada terror törətməyə hazırlaşan şəxslər saxlanılıb. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, şübhəli şəxslər Disneylənd və Yelisey bağında dekabrın 1-də terror törətməyi planlaşdırıblar.

İsraildə güclü meşə yanğınları: on minlərlə insan təxliyə olunur

24 Noyabr 2016 18:30

İsrail hökuməti güclü meşə yanğınları ilə əlaqədar bir sıra şəhər və yaşayış məntəqələrinin on minlərlə əhalinin təxliyə olunması barədə qərar qəbul edib. Olaylar.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə yerli "Haaretz" qəzeti məlumat yayıb. Hazırda ən ağır vəziyyət ölkənin 3-cü ən böyük şəhəri olan Hayfa ətrafında müşahidə olunur. Bütün yanğınsöndürmə briqadaları yanğının söndürülməsinə cəlb olunub. İsrail Silahlı Qüvvələri də yanğınsöndürənlərə kömək edir.

"Trampın Qarabağ münaqişəsinin həllində səylərini artırmasını ancaq alqışlaya bilərik"

24 Noyabr 2016 18:25

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artıracağı ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

Saxta yumurta ilə bağlı əhaliyə MÜRACİƏT

24 Noyabr 2016 18:24

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) son günlər bəzi kütləvi informasiya vasitələrində (KİV) Çindən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Rayonlarda analoq yayım dayandırılır - Dekoderlərin ilk partiyası poçt filiallarına çatdırılıb

24 Noyabr 2016 18:22

"Azərpoçt" MMC rəqəmsal TV dekoderlərinin ilk partiyasını artıq rayon poçt filiallarına çatdırıb.

“Vandalizm”

24 Noyabr 2016 18:13

Bu gün Nizami Kino Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi, Trend İnformasiya Agentliyinin dəstəyi ilə idea və ssenari müəllifi Emil Hüseynlinin olan “Vandalizm” sənədli filminin təqdimatı keçirilib.

Müvəqqəti sığınacaqlarla bağlı qaydalar hazırlanıb

24 Noyabr 2016 18:09

Əvvəlki illərin qış mövsümlərində çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda, yəni temperaturun sıfır dərəcədən aşağı düşdüyü qarlı-şaxtalı günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərinin rayonlarında və Sumqayıt şəhərində müvəqqəti sığınacaqlar təşkil edilib.

İndi sənin əsl simanı gördük...

24 Noyabr 2016 18:10

Britaniyanın 20-ci əsrin əvvəllərindəki ən qatı mühafizəkarlarından biri kimi tanınan lord Kitçener çox asta hərəkət edən, yöndəmsiz təsir bağışlayan ilk tankı görəndə gülərək demişdi: "Bu axmaq, sarsaq, dırıldayan dəmir yığını ilə hamilə pişikləri qorxutmaq olar, amma savaşda qalib gəlmək mümkün deyil".

GİZ ilə hüquqi sahədə faydalı əməkdaşlıq davam edir

24 Noyabr 2016 18:07

Ədliyyə Nazirliyində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma" regional proqramının rəhbəri Tomas Meyer, Azərbaycan üzrə layihənin sabiq rəhbəri Tomas Herman və onu əvəz edən Filip Yan ilə görüş keçirilib.

ADU-da “Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində növbəti görüş baş tutub

24 Noyabr 2016 18:05

Noyabrın 24-də Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar klubunun (TDK) “Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevlə növbəti görüş baş tutub.

Ziyafət Əsgərov: “Azərbaycanda vətəndaş və insan haqlarının qorunması istiqamətində mühüm addımlar atılır”

24 Noyabr 2016 18:04

Milli Məclisin binasında “Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə” adlı konfrans keçirilib. “Olaylar” xəbər verir ki, konfrans Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf mühit və təbii ehtiyatlar komissiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunub.

Natiq Əliyev: “Gələn ildən dünyada neftə tələbatın artması ilə qiyməti də artmağa başlayacaq”

24 Noyabr 2016 18:02

“Proqnozlara əsasən, gələn ildən etibarən dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaq”. Bu fikri energetika naziri Natiq Əliyev deyib. N.Əliyev bildirib ki, 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 mln. 300 min barel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir. Onun sözlərinə görə, proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq: “Enerji istehsalının artımını tələb edən faktorların əhalinin artması və dünyada qlobal iqtisadi aktivliklə şərtləndiyini nəzərə alsaq, növbəti onilliklərdə neftə tələbatın - nəticədə isə qiymətin də yüksələcəyini proqnozlaşdırmaq olar. Əhali sayının artması prosesi 2035-2040-cı illərdə neftə olan tələbatı maksimum səviyyəyə qaldıracaq. 2010-cu ildən 2040-cı ilədək dünya əhalisinin sayının təqribən 30% artması isə qlobal ÜDM-in də, təxminən, 140% yüksələcəyini vəd edir”.