İsraildə güclü meşə yanğınları: on minlərlə insan təxliyə olunur

İsrail hökuməti güclü meşə yanğınları ilə əlaqədar bir sıra şəhər və yaşayış məntəqələrinin on minlərlə əhalinin təxliyə olunması barədə qərar qəbul edib. Olaylar.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə yerli "Haaretz" qəzeti məlumat yayıb. Hazırda ən ağır vəziyyət ölkənin 3-cü ən böyük şəhəri olan Hayfa ətrafında müşahidə olunur. Bütün yanğınsöndürmə briqadaları yanğının söndürülməsinə cəlb olunub. İsrail Silahlı Qüvvələri də yanğınsöndürənlərə kömək edir.

İsrail hökuməti güclü meşə yanğınları ilə əlaqədar bir sıra şəhər və yaşayış məntəqələrinin on minlərlə əhalinin təxliyə olunması barədə qərar qəbul edib.

Olaylar.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə yerli "Haaretz" qəzeti məlumat yayıb. Hazırda ən ağır vəziyyət ölkənin 3-cü ən böyük şəhəri olan Hayfa ətrafında müşahidə olunur. Bütün yanğınsöndürmə briqadaları yanğının söndürülməsinə cəlb olunub. İsrail Silahlı Qüvvələri də yanğınsöndürənlərə kömək edir.

Meşə yanğınları nəticəsində onlarla insanın xəsarət aldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31