Ziyafət Əsgərov: “Azərbaycanda vətəndaş və insan haqlarının qorunması istiqamətində mühüm addımlar atılır”
Milli Məclisin binasında “Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə” adlı konfrans keçirilib. “Olaylar” xəbər verir ki, konfrans Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf mühit və təbii ehtiyatlar komissiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunub.
24 Noyabr 2016 18:04 SiyasətMilli Məclisin binasında "Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə" adlı konfrans keçirilib. "Olaylar" xəbər verir ki, konfrans Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf mühit və təbii ehtiyatlar komissiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunub. Konfransda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd edib ki, hazırda Azərbaycan dünyada uğurlu inkişaf yolu ilə gedən ölkə kimi tanınır. Azərbaycan son dövrlərdə dünyada iqtisadi böhranın baş verdiyi bir şəraitdə öz iqtisadiyyatını inkişaf etdirə bilib. Azərbaycanın dinlərarası münasibətlərdə dünya ölkələrinə nümunə kimi göstərildiyini söyləyən Z. Əsgərov qeyd edib ki, bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib: "Hazırda Azərbaycanda vətəndaş və insan haqlarının qorunması istiqamətində mühüm addımlar atılır". Z. Əsgərov Azərbaycanın müstəqilliyinin ilk illərində çətin dövr yaşadığını xatırladıb: "Azərbaycan xalqı çətin sınaqlarla üzləşməklə yanaşı, parçalanmaq təhlükəsini yaşadı. Ölkəmizin müstəqilliyi ulu öndərin hakimiyyətə qayıdışı ilə qorunub saxlanıldı".