İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hüquqi statusu dəyişdirilib.
24 Noyabr 2016 17:51 SiyasətNazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hüquqi statusu dəyişdirilib.
"APA-Economics" xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında bu gün imzaladığı fərmana əsasən, "İcra hakimiyyəti orqanı" hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabinetiyanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs yaradılacaq.
Fərmanda Nazirlər Kabinetinə yaradılan publik hüquqi şəxslərin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlanması, eləcə də publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.