Nyu York polisi gücləndirilmiş rejimə keçir - terror təhlükəsi var
Nyu York polisi İŞİD qruplaşmasının mümkün terror hücumları ilə əlaqədar olaraq, Şükranlıq gününə həsr olunmuş paradın mühafizəsini gücləndirəcək.
24 Noyabr 2016 17:39 DünyaNyu York polisi İŞİD qruplaşmasının mümkün terror hücumları ilə əlaqədar olaraq, Şükranlıq gününə həsr olunmuş paradın mühafizəsini gücləndirəcək.
Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, təhlükəsizliyin təmin edilməsi üçün küçələrə silahlı polis əməkdaşları çıxarılacaq. Bundan başqa, partlayıcı qurğuların aşkar edilməsi məqsədilə xidməti itlərdən də istifadə olunacaq.
Paradın keçdiyi yollarla kəsişən küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31