“Azərtac” və daha üç dövlət qurumunun hüquqi statusu dəyişdirilib
Azərbaycan Dövlət İnformasiya Agentliyi, Müəllif Hüquqları Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Dənizkənarı Bulvar İdarəsinin hüquqi statusu dəyişdirilib.
24 Noyabr 2016 17:56 SiyasətAzərbaycan Dövlət İnformasiya Agentliyi, Müəllif Hüquqları Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Dənizkənarı Bulvar İdarəsinin hüquqi statusu dəyişdirilib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Dövlət başçısının dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı sərəncama əsasən, Azərbaycan Dövlət İnformasiya Agentliyi, Müəllif Hüquqları Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxslər olub.