Telefonuna cavab verməyən arvadını öldürdü

Türkiyədə cinayət hadisəsi qeydə alınıb. Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Eskişehirdəki otellərin birində işləyən 53 yaşlı İsmet A. həyat yoldaşını bıçaqlayıb. Ürəyindən bıçaq zərbəsi alan 49 yaşlı Selime həyatını itirib.

Türkiyədə cinayət hadisəsi qeydə alınıb.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Eskişehirdəki otellərin birində işləyən 53 yaşlı İsmet A. həyat yoldaşını bıçaqlayıb. Ürəyindən bıçaq zərbəsi alan 49 yaşlı Selime həyatını itirib.

İsmet A. oteldə ikən dərzilik edən xanımına zəng edib. Selimə ərinin telefonuna cavab verməyib. Onlar axşam evə gələndə bu səbəbdən mübahisə ediblər. Aradakı mübahisə qızışıb, ölümlə nəticələnib.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31