Turizmçilər Latviyaya səfər edəcək

Mədəniyyət və Turizm Nazirliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əməkdaşlığı çərçivəsində Cəmiyyətin Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı Göygöl Milli Parkın ətrafında yerləşən kəndlərdə turizmin təşviqinə hədəflənmiş pilot layihəni həyata keçirir.

Mədəniyyət və Turizm Nazirliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əməkdaşlığı çərçivəsində Cəmiyyətin Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı Göygöl Milli Parkın ətrafında yerləşən kəndlərdə turizmin təşviqinə hədəflənmiş pilot layihəni həyata keçirir. "OLAYLAR"-a daxil olan məlumata görə, bununla bağlı, kəndlərdə evlərini turistlərə kirayə verən sahibkar üçün 19 oktyabrda Latviyanın Kənd Turizm Assosiasiyasının (Lauku Celotajs) eksperti cənab Yuris Smalinskis tərəfindən "Kənd turizminin inkişafında beynəlxalq təcrübə" mövzusunda ilk təlim keçirilib. Bu tədbirin davamı olaraq təlim iştirakçıları üçün Latviya Respublikasına 13-19 noyabr 2016-cı il tarixlərində səfəri təşkil olunub. Səfərin əsas məqsədi Lauku Celotajs-ın kənd qonaq evlərinin sahibləri ilə əməkdaşlıq təcrübəsini öyrənmək və turizm xidmətlərinin çeşidi barədə məlumat toplamaq idi. Səfərə həmçinin Nazirliyin Turizm Şöbəsinin, "Kənd yaşıl turizminin inkişafına dəstək" İçtimai Birliyinin, Baku Travel Tourism MMC-nin nümayəndələri qatılıblar. Bunun nəticəsi iştirakçılar arasında müzakirə edilmiş və kənd qonaq ev sahiblərinin bacarıqlarının artırılması məqsədilə GIZ tərəfindən növbəti təlimlər barədə razılaşma əldə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31