Bir ailənin 3 üzvü avtoqəzada dünyasını dəyişdi
Qaradağ rayonunun Qobustan qəsəbəsidə “Opel” markalı minik avtomobili dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Ələt magistralının 48-ci kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış üç cəsəd (kişi, qadın və uşaq) çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
24 Noyabr 2016 14:16 KriminalQaradağ rayonunun Qobustan qəsəbəsidə "Opel" markalı minik avtomobili dayanmış vəziyyətdə olan "Shacman" markalı yük avtomobilinə çırpılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Ələt magistralının 48-ci kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış üç cəsəd (kişi, qadın və uşaq) çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.