Gündəm
Xaçmazda 3 otaqlı ev yanıb
Xaçmaz rayonu, Krasnı Xutor kəndində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 82 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının tüstü bacasının ətrafı 20 m2 və tavan hissəsi 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
9 ildə 192 medal
Ötən həftə paytaxt Bakı daha bir mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi etdi. Sayca 9-cu dəfə keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi artıq ənənə halını alıb. Bu dəfəki yarışı digərlərindən fərqləndirən isə iştirakçı ölkələrin sayının çox olması idi. AGF-dən “OLAYLAR”-a bildirilib ki, yarışda 49 ölkədən 500-ə yaxın iştirakçı olub. Güləş üzrə ölkə yığma komandalarımız həmişə olduğu kimi bu dəfə də öz inamlı çıxışları ilə yadda qaldı. Belə ki, hər üç növ güləş yığmaları 7 qızıl, 3 gümüş və 7 bürünc medal əldə etməklə komandamızın aktivinə ümumilikdə 17 medal qazandırdı. Beləliklə, 9 ilin yekunlarına görə sərbəst güləşçilərimizin qazandığı medalların sayı 86-ya çatıb.
YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası keçirilir
Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, dekabrın 2-dək davam edəcək sessiyada ölkəmizi Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov, Efiopiya Federativ Demokratik Respublikasındakı Səfiri Elman Abdullayev, YUNESKO üzrə Milli Komissiyanın müşaviri Gülnarə Ağalarova, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və digər əməkdaşlar təmsil edir. İclas çərçivəsində qeyri-maddi mədəni irsin qorunmasına dair müzakirələr aparılacaq və hesabatlar təqdim olunacaqdır, ölkələrin təqdim etdiyi faylların, eləcə də Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə hazırlanmış və YUNESKO-ya təqdim edilən "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti"nin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi haqqında qərar verilməsi gözlənilir.
Şimali Kiprin turizm potensialının tanıtımı ilə bağlı tədbir keçiriləcək
Şimali Kipr Türk Respublikasının turizm potensialının Azərbaycan bazarında tanıtdırmaq məqsədilə bu ölkənin Turizm və Ətraf Mühit Nazirliyinin təşkilatçılığı və Türk Hava Yollarının dəstəyi ilə işçi görüş keçiriləcək.
Telman İsmayılov kreditorlarından necə müdafiə olunur - ARAŞDIRMA
Müflisləşmə astanasında olan məşhur iş adamı Telman İsmayılovun aktivləri uğrunda mübarizə amansız olacaq. "APA-Economics" Rusiyanın "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, T. İsmayılovun borcunun 1/5-i "BM-Bank" ("VTB Group"un strukturuna daxildir) və iş adamı Sergey Yançukovun "Manqazeya" qrupunun strukturlarının payına düşür.
Beytulla Hüseynov: “Rəhbərliyə 10 yox, 22-24 milyon manat vermişəm” - MƏHKƏMƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
MTRŞ: Regionlarda 20 000 dekoder lazım ola bilər
“30 rayonda aparılan sorğunun nəticələrinə görə rayon əhalisinin 7,4%-i yerüstü TV yayımını izləyir. Təxmini hesablamalara əsasən rayonlarda 1 mln-dan bir qədər artıq televizor var. Onların 7,4%-i, 74 000-i yerüstü yayım üçün istifadə olunur. Belə çıxır ki, rayonlarda dekabrın 20-nə qədər təxminən 20 000 dekoder lazım ola bilər”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.
Qənirə Paşayeva gənc alimləri Xocalı soyqırımına geniş yer verməyə çağırıb
Millət vəkili Qənirə Paşayeva Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (GAAMC) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil edilən “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda təşkil edilən beynəlxalq konfransda iştirak edib. Deputat 12 xarici ölkədən gəlmiş gənc alimlə görüşüb.
Deputat: “ABŞ və Rusiya ermənipərəst mövqe nümayiş etdirir”
“Azərbaycan Xocalı soyqırımı günahkarlarının cəzalandırılması ilə bağlı qiyabi də olsa məhkəmə prosesi keçirib, cinayətkarlar barədə məhkmə hökmü çıxarmalıdır”. Bu fikri millət vəkili Qüdrət Həsənquliyev “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasın hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimati zamanı deyib. Deputatın sözlərinə görə, bu məsələ Azərbayan üçün aktualdır:
Bakıda saxta dolları dəyişdirmək istəyən qadın tutuldu
Bakıda saxta dolları dəyişdirmək istəyən qadın tutulub. Milli.Az DİN-ə istinadən bildirir ki, noyabrın 27-də Bakı şəhər sakini Həcər Əliyeva Nəsimi rayonu ərazisindəki banklardan birində 1 ədəd 100 dollarlıq saxta əsginası dəyişdirmək istəyərkən Nəsimi rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 22-ci Polis bölməsinə təhvil verilib.
"2017-ci ildə neftin qiyməti 45-50 dollar səviyyəsində olacaq"
"Mənə elə gəlir ki, 2017-ci ildə neftin dünya bazarında qiyməti orta hesabla 45-50 dollar səviyyəsində olacaq. Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsində neftin qiyməti 40 dollar səviyyəsində götürülüb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.
Xocalı soyqırımına görə Beynəlxalq Hərbi Tribunala müraciət ediləcək
Azərbaycan Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi üçün Beynəlxalq Hərbi Tribunala müraciət edəcək.
Deputat: “Xocalı soyqırımını törədənlər Rusiyada yaşayırlar”
“Xocalı soyqırımını törədənlərin əksəriyyəti bu gün Rusiyada yaşayır və oranın vətəndaşlarıdır. Bu, heç kimə sirr deyil. Həmin cinayətkarlar Rusiyada yaşayaraq, hətta iri bizneslə də məşğuldurlar”.
Bu gün beynəlxalq cinayət məhkəməsinə müraciət edib, ədalət axtarmaq çox çətin məsələdir
“Biz konkret tələb qoymalıyıq ki, Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini davam etdirən Ermənistanın rəhbərliyi məhkəməyə çağırılmalıdır”.
Belçikada partlayış baş verib, zərərçəkənlər var
Belçikanın Lyej şəhərində baş verən yanğın nəticəsində 2 nəfər tüstüdən zəhərlənib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı dayanacaqda naməlum avtomobil qəfildən alovlanıb, daha sonra partlayış baş verib.














