YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası keçirilir
Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, dekabrın 2-dək davam edəcək sessiyada ölkəmizi Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov, Efiopiya Federativ Demokratik Respublikasındakı Səfiri Elman Abdullayev, YUNESKO üzrə Milli Komissiyanın müşaviri Gülnarə Ağalarova, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və digər əməkdaşlar təmsil edir. İclas çərçivəsində qeyri-maddi mədəni irsin qorunmasına dair müzakirələr aparılacaq və hesabatlar təqdim olunacaqdır, ölkələrin təqdim etdiyi faylların, eləcə də Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə hazırlanmış və YUNESKO-ya təqdim edilən "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti"nin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi haqqında qərar verilməsi gözlənilir.
28 Noyabr 2016 14:18 SosialEfiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, dekabrın 2-dək davam edəcək sessiyada ölkəmizi Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov, Efiopiya Federativ Demokratik Respublikasındakı Səfiri Elman Abdullayev, YUNESKO üzrə Milli Komissiyanın müşaviri Gülnarə Ağalarova, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və digər əməkdaşlar təmsil edir. İclas çərçivəsində qeyri-maddi mədəni irsin qorunmasına dair müzakirələr aparılacaq və hesabatlar təqdim olunacaqdır, ölkələrin təqdim etdiyi faylların, eləcə də Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə hazırlanmış və YUNESKO-ya təqdim edilən "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti"nin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi haqqında qərar verilməsi gözlənilir.