Şimali Kiprin turizm potensialının tanıtımı ilə bağlı tədbir keçiriləcək
Şimali Kipr Türk Respublikasının turizm potensialının Azərbaycan bazarında tanıtdırmaq məqsədilə bu ölkənin Turizm və Ətraf Mühit Nazirliyinin təşkilatçılığı və Türk Hava Yollarının dəstəyi ilə işçi görüş keçiriləcək.
28 Noyabr 2016 14:16 SosialŞimali Kipr Türk Respublikasının turizm potensialının Azərbaycan bazarında tanıtdırmaq məqsədilə bu ölkənin Turizm və Ətraf Mühit Nazirliyinin təşkilatçılığı və Türk Hava Yollarının dəstəyi ilə işçi görüş keçiriləcək. Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, noyabrın 30-da keçiriləcək görüş Hilton Oteldə baş tutacaq. Şimali Kiprin turizm və ətraf mühit naziri Fikri Ataoğlunun qatılacağı tədbirdə Şimali Kiprin turistik, mədəni, tarixi və digər özəllikləri ilə yanaşı Sağlıq Turizmi və onun mövcud potensialı barədə də məlumat veriləcək.