Gündəm
Qan qoxusu gəlir - Sarksiyan Bakını tutmaqla hədələdi
Ermənistanın Respublika Partiyasının 16-cı qurultayında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan bu vaxta kimi Azərbaycanın ünvanına heç vaxt səsləndirmədiyi və bütün bölgədə müharibə və qan qoxusu yayan hədələrlə çıxış edib.
Türkiyədə fövqəladə vəziyyət rejimi nə vaxt ləğv ediləcək?
Türkiyədə elan olunan fövqəladə vəziyyət rejiminin ləğv ediləcəyi ilkin tarix məlum olub. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumdan öncə fövqəladə vəziyyət rejiminin aradan qaldırılacağını bildirib.
Lukaşenko Azərbaycana gəlir
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə yola düşüb. Olaylar.az xəbər verir ki, bu barədə Trend Belta agentliyinə istinadən məlumat verir. Qeyd edək ki, səfərin proqramına əsasən, Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulur. Prezidentlər Belarus-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, o cümlədən, ticari-iqtisadi əməkdaşlıq, birgə layihələr üzrə iş, investisiyalar, aqrar-sənaye kompleksi, idman sahələrində əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparacaqlar.
Putin Elmlər Akademiyasına üzv olan vəzifəli şəxsləri işdən azad edib
Rusiya prezidenti Vladimir PutinPrezidentin İşlər İdarəsi, Federal Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər Nazirliyinin bəzi rəhbər şəxslərini vəzifələrindən azad edib.
Akif Çovdarov məhkəməyə oksigen balonu ilə gətirilib
Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Zaqatalada qanunsuz dini yığıncağın qarşısı alınıb, saxlanılanlar var
Zaqatalada qanunsuz dini yığıncağın qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsiəməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində noyabrın 26-da Zaqatala rayonunun Əliabad qəsəbəsində qəsəbə sakini Həmid Şabanovun həyətində olan tikilidə həmyerlisi Mehman Ağammədovun, Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanovla birlikdə qanunla qadağan olunmuş dini təriqətlərdən birini yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirak etdiyi qanunsuz dini yığıncaq təşkil etmələri müəyyənləşib. Onlar saxlanılıb, izahatları alınaraq buraxılıblar.
Qırmızı civə tapıldı
Türkiyənin Ərzurum bölgəsində təhlükəsizlik qüvvələri müvəffəqiyətli əməliyyat keçiriblər. Ərzurumdan Ağrıyagedən bir şübhəli avtomobildə dəyərli maddə aşkarlanıb. Belə ki, dəmir kapsulada içində 5 qram qırmızı civə adı verilən çox mühüm və bahalı maddə aşkarlanıb. Avtomobildə olan üç nəfər şübhəli qismində saxlanıblar. Müsadirə edilən maddə Türk Atom Qurumuna təhvil verilib. Hadisə ilə bağlı cinayət işi başladılıb. Qeyd edək ki, xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Hakim ailənin üzvü öldürülüb
Kuveytin Səlva rayonunda aralarında hakim Əs Sabah təşkilatının da üzvü olduğu üç nəfər qətlə yetirilib. Təşkilatın qətlə yetirlilən üzvü Şeyx Səmah Əl Mübarək Əl Nəsir Əl Sabbahdı. Hadisə ilə əlaqədar bir neçə şəxsin şübhəli qismində saxlandığı bildilir. Həbs edilənlərin arasında İran vətandaşlarının da olduğu gələn xəbərlər sırasındadı. İstintaq cinayətin səbəbinə dair hələlik heç bir açıqlama verməyib. Qeyd edək ki, xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Qəbələdə aşkar edilən 200 kq at əti zərərsizləşdirilib
21 noyabr 2016-cı il tarixində Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Nic qəsəbəsində, İsmayıllı rayon sakini Süleymanov Vüqar Hafiz oğlunun idarə etdiyi "VAZ 21074" markalı 31-BE-575 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman onun yük yerində və salonunda çəkisi 200 kq olan, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan 3 baş at cəmdəyi aşkar edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Süleymanov Vüqar Hafiz oğlu və onun qaynı İsmayıllı rayonu Qalıncaq kənd sakini Hacıyev Sahil Tofiq oğlu Qəbələ rayonunun Aydınqışlaq, Mirzəbəyli və Mıxlıqovaq kəndlərindən aldıqları atları antisanitar şəraitdə kəsərək (dərisi soyulmamış) Bakı şəhərində olan "Heyvanat parkı"na satmaq istəyiblər. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Qəbələ Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı isə at cəmdəklərinin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilmişdir.
Prezidentlər telefonla danışdı
Türkiyə prezidenti ilə İsrail prezidenti arasında ötən axşam telefon danışığı baş verib. İsrail prezidenti Ruven Rivlin Türkiyə prezidneti Rəcəb Tayyib Əradoğana ölkəsində baş vermiş meşə yanğınlarındaki yardımına görə təşəkkür edib. Qeyd edək ki, Türkiyə Azərbaycan ilə bərabər İsraildəki meşə yanğınlarının söndürülməsində ən fəal ölkələrin sırasında yer alıb. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
İsrail prezidenti FHN əməkdaşlarına təşəkkür etdi
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir. Belə ki, təyyarə 27 noyabr 2016-cı il tarixində əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkmişdir.
Deputatlarımız Türkiyədə səfərdə olacaqlar
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov noyabrın 28-dən 30-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaqlar.
Nazirin xanımı səhnəyə çıxdı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən “OLAYLAR”-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru aalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistentləri Əməkdar Mədəniyyət İşçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur. Tamaşada rolları xalq artistləri Bəsti Cəfərova (Jivka) Hacı İsmayılov (Pera), əməkdar artistlər Şəlalə Şahvələdqızı (Dara), Aslan Şirinov (Çeda), Məsmə Aslanqızı və aktrisa Şəhla Əliqızı (Anka), aktyorlar Vüsal Mustafayev (Raşa), Ləman İmanova (Nata), əməkdar artistlər Əminə Babayeva (Sava xala), Əjdər Həmidov (Vasa dayı), İlham Hüseynov (Ninkoviç), Sabir Məmmədov (Rista), Firuz Xudaverdiyev (müəllim), aktyor Cümşüd Zeynalov (Polis) ifa edir. Bu satirik əsəri Azərbaycanda ilk dəfə 1970-ci ildə görkəmli rejissor Tofiq Kazımov səhnələşdirib.
ŞOK: Türkiyədə erməni terrorçularının adına abidə qoyulub
Türkiyənin Tunceli vilayətinin Nizamiyə qəsəbəsinə bağlı Aşağı Doluca kəndindəki Pembelik gölünün yaxınlığında erməni terroristlərinə ehtiram məqsədilə abidə qoyulub. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) yayıb. Bildirilib ki, bu mənfur hərəkətə qarşı ASİMDER rəhbəri Göksel Gülbəy öz kəskin etirazını bildirib. O, bildirib ki, Tuncelidə erməni terroristləri üçün qoyulan abidə ASALA erməni terror təşkilatı tərəfindən şəhid edilən Türk səfirlər və diplomatlarının, eyni zamanda Qarabağ şəhidlərinin ruhuna həqarət və saygısızlıddır.
Binəqədidə “Radikalizm və terrorizmin fəsadları” mövzusunda tədbir keçirilib
Binəqədi rayonunda “Radikalizm və terrorizmin fəsadları” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, 276 nömrəli orta məktəbdə təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Binəqədi rayon İdarəsinin rəis müavini Xəqani Mazanov və digər rəsmi şəxslər, rayonun orta ümumtəhsil məktəblərinin nümayəndələri iştirak ediblər.














