İsrail prezidenti FHN əməkdaşlarına təşəkkür etdi

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir. Belə ki, təyyarə 27 noyabr 2016-cı il tarixində əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkmişdir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir. Belə ki, təyyarə 27 noyabr 2016-cı il tarixində əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkmişdir. Bu barədə FHN-dən verilən məlumata görə, İsrail Dövlətinin Prezidenti cənab Reuven Rivlin İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşmüş, göstərdikləri şücaətə görə onlara öz təşəkkürünü bildirmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31