Gündəm

"Qarabağ münaqişəsi təhdid və eskalasiya mənbəyidir"- Markov

28 Noyabr 2016 12:34

“Dağlıq Qarabağ münaqişəsi tərəfləri problemi sülh yolu ilə həll etməlidirlər və yalnız belə olan halda uzun müddətdir davam edən bu münaqişənin nizamlanmasında irəliləyişə nail olmaq mümkündür". SİA-nın məlumatına görə, bunu rusiyalı politoloq Sergey Markov deyib. O bildirib ki, münaqişənin mövcudluğu təhdid və eskalasiya mənbəyidir: “Bu gün faktiki olaraq danışıqlar prosesi dayandırılıb, tərəflər siyasi iradə nümayiş etdirmirlər. Azərbaycan və Ermənistan Kazan formuluna qayıtmalıdırlar. Əgər bu baş verməsə, tərəflər razılığa gəlməsə, münaqişə başqa bir miqyasda yenidən alovlana bilər”.

5 min ailənin uşaqları əllərindən alınacaq

28 Noyabr 2016 12:31

Türkiyədə 15 iyul gecəsində baş verənlərdən sonra Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Kayanın qərarı ilə nazirlik çərçivəsində FETO – çularla mübarizə başlayıb. Bu səbəblə nazirliyin tərkibində olan 81 idarəyə və Darülcəza rəhbərliyinə araşdırma aparmaları  tapşırılıb.

DİQQƏT! Sağ qolunuzda 11 xal varsa...

28 Noyabr 2016 12:30

İngilis alimləri apardığı son araşdırmaları zamanı bir həqiqəti ortaya çıxarıb. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, dəri xərçəngi riskinin xal sayıyla əlaqəli olduğu məlum olub. Araşdırmada iştirak edən 3 min insan 8 il ərzində təqib olunub.

Havanın temperaturu 15 dərəcəyədək yüksələcək

28 Noyabr 2016 12:29

Noyabrın 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Dünya sivilizasiyaları və yaradıcı turizm” mövzusunda beynəlxalq konqres keçiriləcək

28 Noyabr 2016 12:26

Noyabr-29-dan dekabrın 1-dək Sofiya şəhərində “Dünya sivilizasiyaları və yaradıcı turizm” mövzusunda beynəlxalq konqres keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə iştirak məqsədilə nazir müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti Bolqarıstanda səfərdədir.

Məktəblilər arasında tibbi maarfiləndirmə tədbirləri keçirilir

28 Noyabr 2016 12:25

Binəqədi rayonunda “Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsi çərçivəsində məktəblilər arasında maarifləndirici tədbirləri keçirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, M.Ə.Rəsulzadə bələdiyyəsi “ictimai-humanitar” sektorun və “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə qəsəbənin 100 saylı məktəbində növbəti maarifləndirici görüş təşkil olunub.

Daha iki avtobusun hərəkət istiqaməti dəyişdi

28 Noyabr 2016 12:23

Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 2 və 7 nömrəli müntəzəm şəhərdaxili  marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.  Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki,  dəyişikliyə əsasən 2 nömrəli marşrutun hərəkəti 30.11.2016–cı il tarixindən dəyişdirilərək Ziya Bünyadov prospekti 36, Daxili İşlər Nazirliyinin Respublika Hospitalının qarşısına qədər qısaldılıb və son dayanacaq həmin ərazi təyin edilib. Dəyişiklikdən əvvəl 2 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacağı kimi “Azadlıq” və “Ziya Bünyadov” prospektlərinin kəsişdiyi ərazi müəyyən edilmişdi. Lakin bu dayanacaqlar günün pik saatlarında həmin yolda avtonəqliyyat vasitələrinin hərəkətində sıxılığın yaranmasına səbəb olurdu. 

İnterpol bu azərbaycanlını axtarır

28 Noyabr 2016 12:21

Daha bir azərbaycanlı beynəlxalq axtarışa verilib. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan məhkəməsi dələduzluqda təqsirləndirilən 1974-cü il təvəllüdlü Habil Mehdiyevin beynəlxalq axtarışa verilməsi barədə qərar çıxarıb.

"Məni aralarına yatırdıb eyni anda zorladılar" desə də...

28 Noyabr 2016 12:18

Bursada 40 yaşlı Nilgün D.-ya təcavüz etdikləri iddiasıyla həbs olunan 2 şəxs azadlığa buraxılıb.

Cennifer Lopezin yeni videosu rekord qırdı - VİDEO

28 Noyabr 2016 12:14

Dünyaca məşhur müğənni Cennifer Lopezin yeni videosu ajiotaj yaradıb.  Olaylar.az aznews.az-a istinadən xəbər verir ki, paparassilər dostları ilə əylənən müğənninin videosunu çəkiblər. Mahnı sədaları altında, ritmə uyğun rəqs edən Cey Lo arxaya döndükdə çəkiliş aparıldığını görüb. O, çəkilişi dayandırmağı xahiş edib. Sosial şəbəkədə paylaşılan video böyük marağa səbəb olub.

Ərdoğan Rusiyaya gedir?

28 Noyabr 2016 12:12

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin dekabr ayında Rusiyaya səfər etməsi ilə bağlı planımız olmayıb, lakin Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun səfəri barədə məlumatımız var.

"Həcc ziyarətinə moda xətrinə getmək olmaz"

28 Noyabr 2016 12:09

Həcc ziyarətinə moda xətrinə getmək olmaz. Həcc ziyarəti çox mühüm mənəvi əməldir. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsnin sədriMübariz Qurbanlı deyib.

Xarici dövlət borcumuzun həcmində elə ciddi bir artım baş verməyib

28 Noyabr 2016 12:08

“Son iki ilə qədərki zaman kəsiyində xarici dövlət borcumuzun həcmində elə ciddi bir artım baş verməyib.  Belə ki, 01 yanvar 2015-ci il tarixədən 01 oktyabr 2016-cı il tarixə qədər ötən bir il doqquz ay ərzində Azərbaycanın xarici dövlət borcu cəmisi 1,1 milyard dollar artaraq, 6,5 milyard dollarardan, 7,6 milyard dollara çatıb”.

Gənclər üçün dini maarifləndirici seminarlar təşkil edilir

28 Noyabr 2016 12:02

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB tərəfindən "Gənclər arasında dini radikalizm təzahürlərinə qarşı maarifləndirici seminarlar" layihəsi çərçivəsində Oğuz və Qəbələ rayonlarında seminarlar təşkil edilib.

“Məktəb seminarları” layihəsinin nəticələri müzakirə olunub

28 Noyabr 2016 12:01

Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Məktəb seminarları” layihəsinin yekunlarına dair görüş keçirilib. “OLAYLAR”-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müdir müavini Rəşad Tağıyev, İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və “Məktəb seminarları” layihəsi üzrə tərəfdaş qurumların təmsilçiləri iştirak ediblər.