5 min ailənin uşaqları əllərindən alınacaq
Türkiyədə 15 iyul gecəsində baş verənlərdən sonra Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Kayanın qərarı ilə nazirlik çərçivəsində FETO – çularla mübarizə başlayıb. Bu səbəblə nazirliyin tərkibində olan 81 idarəyə və Darülcəza rəhbərliyinə araşdırma aparmaları tapşırılıb.
28 Noyabr 2016 12:31 DünyaTürkiyədə 15 iyul gecəsində baş verənlərdən sonra Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Kayanın qərarı ilə nazirlik çərçivəsində FETO - çularla mübarizə başlayıb. Bu səbəblə nazirliyin tərkibində olan 81 idarəyə və Darülcəza rəhbərliyinə araşdırma aparmaları tapşırılıb.
Nazirliyin əsas araşdırmalarından biri də övladlığa uşaq götürən ailələrdi. Həmin ailələrin FETO - çu olub - olmadıqları araşdırılır. FETO terror qruplaşması ilə əlaqəsi olan ailələrin himayəsində olan uşaqlar geri alınaraq, yenidən dövlətə qaytarılacaq. Bu zamana qədər 5 min ailə nazirliyin qeydiyyatından keçib.
Həmçinin uşaq evlərində olan uşaqlara ev ortamı yaratmaq üçün nəzərdə tutulan " Cocuk evləri" layihəsi də FETO - çularla mübarizəyə görə ləğv edilib.