“Məktəb seminarları” layihəsinin nəticələri müzakirə olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Məktəb seminarları” layihəsinin yekunlarına dair görüş keçirilib. “OLAYLAR”-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müdir müavini Rəşad Tağıyev, İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və “Məktəb seminarları” layihəsi üzrə tərəfdaş qurumların təmsilçiləri iştirak ediblər.
28 Noyabr 2016 12:01 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsində "Məktəb seminarları" layihəsinin yekunlarına dair görüş keçirilib. "OLAYLAR"-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müdir müavini Rəşad Tağıyev, İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və "Məktəb seminarları" layihəsi üzrə tərəfdaş qurumların təmsilçiləri iştirak ediblər. Görüşdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva qeyd edib ki, bu seminarlar məktəblərin tədris nailiyyətləri baxımından müqayisəsinə və mövcud imkanlarının dəyərləndirilməsinə şərait yaradıb. İdarə müdiri BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində reallaşdırılan layihə çərçivəsində məktəb direktorları, direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, məktəb icmaları və valideyn komitələrinin rəhbərləri, şagirdlər, habelə metodbirləşmə rəhbəri və qabaqcıl müəllimlərlə aparılan interaktiv müzakirələr barədə fikirlərini bildirib. Görüşdə çıxış edən digər natiqlər layihəsinin əhəmiyyəti barədə fikirlərini bildiriblər.