Gündəm
"Azərbaycanın İntellektual BİRincisi" müəyyən ediləcək
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "İrəli" İctimai Birliyi tərəfindən "Azərbaycanın İntellektual BİRincisi" layihəsi başlayıb. İctimai Birlikdən “OLAYLAR”-a daxil olan məlumata görə, Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarının gənc intellektuallarının iştirakı ilə "Azərbaycanın İntellektual BİRincisi" layihəsinin İsmayıllı turniri və Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Sabirabad rayonlarının gənc intellektuallarının iştirakı ilə Sabirabad turniri keçirilib. Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədova və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Sabirabad rayon İcra Hakimiyyətinin 1-ci müavini Həsən Həsənov çıxış edib.
Ermənilər 27 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 27 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Dini radikalizm və ekstremizmə qarşı mübarizənin yolları müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul rayonunda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
8-ci sinif şagirdi olan azərbaycanlı qız hamilə qaldı
Rusiyanın Peterburq şəhər polisi Ramazan adlı azərbaycanlını axtarışa verib. Olaylar.az lent.az-a istinadən xəbər verir ki, Ramazan 8-ci sinif şagirdi olan azərbaycanlı qızın bir qədər sonra dünyaya gətirəcəyi övladının atasıdır. Söhbət ondan gedir ki, adı çəkilməyən 8-ci sinif şagirdi bu günlərdə Peterburqun Staropeterqofsk rayonunda yerləşən ailə məsləhətxanasına müraciət edib. Müayinə nəticəsində məlum olub ki, qız 7 aylıq hamilədir. O, Ramazan alı şəxslə tanış olduğunu və ondan hamilə qaldığını bildirib. Polis qızın anasıyla görüşüb. Amma maraqlısı odur ki, anası polisə ərizə verməkdən imtina edib. Bununla belə, polis yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqədə olduğuna görə, Ramazan barədə axtarış elan edib.
Rektor Trampın təklifindən imtina etdi - Nazir postuna "yox" dedi
Virciniya ştatının Liberti Xristian Universitetinin rektoru Cerri Foluell bəyan edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ona təhsil naziri postunu təklif edib.
Vidadi Zeynalovun vəkili jurnalistləri təhqir etdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Mahmudov üçün əziz gün - Bəs o haradadır?
Bu gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun 60 illik yubileyidir. 2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə tutduğu vəzifəsindən çıxarılan E.Mahmudovun işi ilə bağlı olaraq hansı ayda və hansı gündə doğulduğu bu günə kimi ictimaiyyətə bəlli olmayıb.
Lənkəranda yaşlı ər-arvadı öldürən şəxs tutuldu - QƏTLİN TƏFƏRRÜATI
Keçən həftə Lənkəranda ahıl ər və arvadı öldürən şəxs saxlanılıb. Olaylar.az report-a istinadən xəbər verir ki, qətli törədən Fəqan Mikayılov adlı Lənkəran şəhər sakini olub. Hazırda o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən istintaqa cəlb olunub.
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanseri qəbul edib.
Leonardo DiKaprio bayramı sevgilisi ilə keçirdi - FOTO
ABŞ-da Şükranlıq bayramı qeyd olunur. Olaylar.az axşam.az-a istinadən bildirir ki, aktyor Leonardo DiKaprio bayramı sevgilisi Nina Aqdalla keçirib.
Hər gün yesəniz, diabetdən uzaq olarsınız - FAYDALI QİDA
36 min qadın arasında aparılan araşdırmaya görə, qarabaşaq yeyənlərin diabetə tutulma riski aşağıdır. Araşdırma zamanı gündə 3 boşqab qarabaşaq yeyən qadınların həftədə bir boşqab yeyənlərlə müqayisədə 21% daha az şəkər xəstəliyinə tutulma riskinə sahib olduqları müəyyənləşib. Aile.lent.az qarabaşağın faydaları haqqında məlumatı təqdim edir.
Dizaynerlərin yeni kəfşi: “Şərfə bürün, ellə sürün”
Dekabr hələ gəlməyib, amma şaxtlı hava artıq qapımızı döyüb. Belə havada bayıra çıxan kimi qulaqlarımız və burnumuz donur, ağızdan isə əsl burax çıxır. Bu hallar nazik geyinən insanlara xüsusi ilə tanışdır. Dəbli görünmək istəyən bəzi qızlar qalın geyinməyi özünə ayıb hesab edir. Halbuki bu il ədyalı xatırladan qalın və yun şərflərə bürünmək olduqca dəbdədir.
Dünyada “Wi-Fi” üçün ictimai giriş nöqtələrinin 25%-dən çoxu təhlükəlidir
"Kasperski laboratoriyası" dünyanın müxtəlif ölkələrində “Wi-Fi” üçün ictimai giriş nöqtələrinin etibarlılığını müəyyənləşdirmək məqsədi ilə araşdırma aparıb. Mütəxəssislər araşdırma zamanı 32 milyon giriş nöqtəsi haqda məlumat təhlil ediblər.
Son “Samsung” smartfonlarında ekranın təsvir ölçüsünü dəyişmək mümkün olacaq
“Samsung” şirkətinin rəsmi istifadəçi təlimatına görə, “Samsung Galaxy S7” və “Galaxy S7 Edge” modelləri üçün “Android 7.0 Nougat” sistem versiyasınadək yenilənmədə 20-dən çox yeni funksiya və vizual yenilik olacaq. Onlardan bəziləri, məsələn, proqram qovluqları və ya çoxekranlı rejim “Google” şirkəti tərəfindən “Android 7.0” versiyasına quraşdırılıb, lakin modernləşdirilmiş “TouchWiz” istifadəçi interfeysinə məxsus dəyişikliklər də edilib.
Ekspertlər “WhatsApp” istifadəçilərinə yeni hücum haqda xəbərdarlıq ediblər
Hakerlər “Emirates” şirkətinin reyslərinə pulsuz biletlər söz verərək fərdi informasiyanı toplayırlar. İstifadəçiyə “Emirates” şirkəti ilə uçuşlar təcrübəsi haqda bir neçə suala cavab vermək və anketi 10 “WhatsApp” istifadəçisi ilə bölüşmək təklif edilir.














