"Azərbaycanın İntellektual BİRincisi" müəyyən ediləcək

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "İrəli" İctimai Birliyi tərəfindən "Azərbaycanın İntellektual BİRincisi" layihəsi başlayıb. İctimai Birlikdən “OLAYLAR”-a daxil olan məlumata görə, Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarının gənc intellektuallarının iştirakı ilə "Azərbaycanın İntellektual BİRincisi" layihəsinin İsmayıllı turniri və Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Sabirabad rayonlarının gənc intellektuallarının iştirakı ilə  Sabirabad turniri keçirilib. Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədova  və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Sabirabad rayon İcra Hakimiyyətinin 1-ci müavini Həsən Həsənov çıxış edib.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "İrəli" İctimai Birliyi tərəfindən "Azərbaycanın İntellektual BİRincisi" layihəsi başlayıb. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarının gənc intellektuallarının iştirakı ilə "Azərbaycanın İntellektual BİRincisi" layihəsinin İsmayıllı turniri və Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Sabirabad rayonlarının gənc intellektuallarının iştirakı ilə  Sabirabad turniri keçirilib. Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədova  və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Sabirabad rayon İcra Hakimiyyətinin 1-ci müavini Həsən Həsənov çıxış edib. Açılış mərasimindən sonra 4 intellektual oyuna start verilib. Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31