Məktəblilər arasında tibbi maarfiləndirmə tədbirləri keçirilir

Binəqədi rayonunda “Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsi çərçivəsində məktəblilər arasında maarifləndirici tədbirləri keçirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, M.Ə.Rəsulzadə bələdiyyəsi “ictimai-humanitar” sektorun və “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə qəsəbənin 100 saylı məktəbində növbəti maarifləndirici görüş təşkil olunub.

Binəqədi rayonunda "Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə" layihəsi çərçivəsində məktəblilər arasında maarifləndirici tədbirləri keçirilir. "OLAYLAR"-a daxil olan məlumata görə, M.Ə.Rəsulzadə bələdiyyəsi "ictimai-humanitar" sektorun və "Yoluxucu Xəstəliklərlə Mübarizə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə qəsəbənin 100 saylı məktəbində növbəti maarifləndirici görüş təşkil olunub. Tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsi "ictimai-humanitar" sektorun müdiri Günel Vahabzadə, "Yoluxucu Xəstəliklərlə Mübarizə" İctimai Birliyinin sədri Fikrət Xəlilov, təşkilatın üzvləri, həkim-ekspert Solmaz Mirzəyeva və 100 saylı məktəbin XI sinif şagirdləri iştirak edib. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən tədbirdə dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklər, Hepatit B, Hepatit C, İİV/QİÇS, Vərəm xəstəliklərinin əlamətləri, onlara yoluxma və onlardan qorunma yolları barədə ətarflı məlumat verilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31