“Dünya sivilizasiyaları və yaradıcı turizm” mövzusunda beynəlxalq konqres keçiriləcək
Noyabr-29-dan dekabrın 1-dək Sofiya şəhərində “Dünya sivilizasiyaları və yaradıcı turizm” mövzusunda beynəlxalq konqres keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə iştirak məqsədilə nazir müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti Bolqarıstanda səfərdədir.
28 Noyabr 2016 12:26 SosialNoyabr-29-dan dekabrın 1-dək Sofiya şəhərində "Dünya sivilizasiyaları və yaradıcı turizm" mövzusunda beynəlxalq konqres keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə iştirak məqsədilə nazir müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti Bolqarıstanda səfərdədir. Konqresdə turizm və memarlıq, dizayn, incəsənət, texnologiya, elm və digər sahələri əhatə edən yaradıcı sənaye arasında əməkdaşlıq vasitəsilə dünya sivilizasiyalarının necə həyata qaytarılması müzakirə olunacaq. "Dünya sivilizasiyaları və yaradıcı turizm" adlı beynəlxalq konqres turizm və yaradıcı sənaye arasında əməkdaşlıq və tərəfdaşlığın maddi və qeyri-maddi irsin mühafizəsi və təbliğində əhəmiyyətli rolu və sosial-iqtisadi mənfəətlərini müzakirə etmək məqsədi daşıyır. Səfər çərçivəsində Bolqarıstanla mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın inkişafı barədə danışıqların aparılması məqsədi ilə müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulur.