Binəqədidə “Radikalizm və terrorizmin fəsadları” mövzusunda tədbir keçirilib

Binəqədi rayonunda “Radikalizm və terrorizmin fəsadları” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, 276 nömrəli orta məktəbdə təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Binəqədi rayon İdarəsinin rəis müavini Xəqani Mazanov və digər rəsmi şəxslər,  rayonun orta ümumtəhsil məktəblərinin nümayəndələri iştirak ediblər.

Binəqədi rayonunda "Radikalizm və terrorizmin fəsadları" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, 276 nömrəli orta məktəbdə təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Binəqədi rayon İdarəsinin rəis müavini Xəqani Mazanov və digər rəsmi şəxslər,  rayonun orta ümumtəhsil məktəblərinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısının müavini Aygün Əliyeva mövzunun aktuallığından və qarşıya qoyulan vəzifələrin icrasının zəruriliyindən bəhs edib. Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov dini radikalizm və ekstremizmlə mübarizə üsulları ilə bağlı məruzə ilə çıxış edib. Daha sonra çıxış edən Binəqədi rayon Prokurorunun müavini Elgiz Qənizadə, DTX-nın rayon İdarəsinin məsul əməkdaşı Namiq Hüseynov və Binəqədi RPİ-nin Təşkilati İnspektor Qrupunun rəhbəri polkovnik-leytenant Qafur Haqverdiyev terrorizm və radikalizmin fəsadları, zərərli ideoloji ünsürlərlə mübarizə yolları ilə bağlı aidiyyəti dövlət qurumlarının praktik fəaliyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31