9 ildə 192 medal
Ötən həftə paytaxt Bakı daha bir mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi etdi. Sayca 9-cu dəfə keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi artıq ənənə halını alıb. Bu dəfəki yarışı digərlərindən fərqləndirən isə iştirakçı ölkələrin sayının çox olması idi. AGF-dən “OLAYLAR”-a bildirilib ki, yarışda 49 ölkədən 500-ə yaxın iştirakçı olub. Güləş üzrə ölkə yığma komandalarımız həmişə olduğu kimi bu dəfə də öz inamlı çıxışları ilə yadda qaldı. Belə ki, hər üç növ güləş yığmaları 7 qızıl, 3 gümüş və 7 bürünc medal əldə etməklə komandamızın aktivinə ümumilikdə 17 medal qazandırdı. Beləliklə, 9 ilin yekunlarına görə sərbəst güləşçilərimizin qazandığı medalların sayı 86-ya çatıb.
28 Noyabr 2016 14:19 İdmanÖtən həftə paytaxt Bakı daha bir mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi etdi. Sayca 9-cu dəfə keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi artıq ənənə halını alıb. Bu dəfəki yarışı digərlərindən fərqləndirən isə iştirakçı ölkələrin sayının çox olması idi. AGF-dən "OLAYLAR"-a bildirilib ki, yarışda 49 ölkədən 500-ə yaxın iştirakçı olub. Güləş üzrə ölkə yığma komandalarımız həmişə olduğu kimi bu dəfə də öz inamlı çıxışları ilə yadda qaldı. Belə ki, hər üç növ güləş yığmaları 7 qızıl, 3 gümüş və 7 bürünc medal əldə etməklə komandamızın aktivinə ümumilikdə 17 medal qazandırdı. Beləliklə, 9 ilin yekunlarına görə sərbəst güləşçilərimizin qazandığı medalların sayı 86-ya çatıb. Onlardan 26-sı qızıl, 23-ü gümüş, 37-nin əyarı isə bürüncdür. Qadın güləşçilərimiz 9 qızıl, 7 gümüş və 15 bürünc olmaqla ümumilikdə 31 medal qazanıb. Yunan-Roma güləşçilərimizin 9 ildə qazandığı medalların sayı isə 75 oldu. Onlardan 28-i qızıl, 19-u gümüş, 28-i isə bürünc əyarlıdır. Ötən illərdə keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin nəticələrinə baxdıqda görürük ki, 2008-ci ildə 22 medal, 2009-cu ildə 20 medal, 2010-cu ildə 15 medal, 2011-ci ildə 26 medal, 2012-ci ildə 22 medal, 2013-cü ildə 24 medal, 2014-cü ildə 25 medal, 2015-ci ildə isə 21 medal qazanılıb. 2016-cı il də daxil olmaqlar qazanılan ümumi medalların sayı 192 edir ki, bunun da 63-ü qızıl, 49-u gümüş, 80-ni isə bürünc əyarlıdır.