Gündəm

Kipr türklərinin azadlıq mücahidləri

28 Noyabr 2016 15:22

Bu bir danılmaz faktdır ki, hər bir xalqın, millətin formalaşması, o xalqın qurduğu dövlətin inkişaf etməsində tarixi şəxsiyyətlərin rolu əvəzsizdir. Məhz həmin tarixi şəxsiyətlər bu və ya digər xalqın azadlıq mübarizəsinə rəhbərlik edir, xalqı öz arxasınca aparır, uzun sürən mücadilə və mübarizədən sonra ona arzu etdiyi azadlığı, müstəqilliyi bəxş edir.

Xocalı soyqırımını törədənlər cəzalarını alacaqlar

28 Noyabr 2016 15:16

Beynəlxalq cinayətlərin cəzalandırılması üçün hüquqi mexanizmlər hazırlanır Erməni və Rus silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımının ildönümü yaxınlaşdıqca mənfur düşmən tərəfindən cəbhə xəttində təxribatların sayının artması müşahidə olunur. Heç şübhəsiz ki, ermənilərin əsas məqsədi Xocalı soyqırımının miqyasını azaltmaq və azərbaycanlıları dünya ölkələrinə vəhşi xalq kimi təqdim etməkdir. Millət vəkili Elman Məmmədov deyib ki, Ermənistan silahlı birləşmələrinin qoşunların təmas xəttində provokasiya xarakterli hərəkətlərinin başlıca səbəblərindən biri Azərbaycanı təxribata çəkməkdir.

Baş İdarə rəisi gənclərlə görüşüb

28 Noyabr 2016 14:56

Nərimanov rayon Gənclər və İdman İdarəsinin iclas zalında “Açıq söhbət” layihəsi çərçivəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilə Nərimanov rayon gənclərinin görüşü keçirilib.

“Qara bağ” Qırğızıstanın beynəlxalq film festivalında

28 Noyabr 2016 14:55

Amil Məmiyevin “Qara bağ” filmi “Qırğızıstan – Qısametrajlı Filmlər Ölkəsi” Beynəlxalq Film Festivalına dəvət alıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, festival 12-15 dekabr tarixlərində Bişkek şəhərində keçiriləcək. “Qara bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Emənistanda tələbələr etiraz aksiyasına başladılar

28 Noyabr 2016 14:51

Bu gün səhər tezdən Ermənistanın Kotayk rayonunun Kanakeravan kəndinin inzibati ərazisində yerləşən "Pokr Mher" (kiçik Mher) hərbi təhsil kompleksində gərgin vəziyyət yaranıb.

Adı "MTN" işində keçən şirkət rəhbərinin səhhəti pisləşdi - Məhkəmə təxirə salındı

28 Noyabr 2016 14:49

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən "Real MTK"nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam edib. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesə İ.Qasımov gətirilməyib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin səhhətində problem olduğundan məhkəməyə gətirilməyib. Hakim prosesi sabah saat 16:00-a qədər təxirə salıb.

Akif Çovdarovun işində zərərçəkmiş şirkət rəhbərinin məhkəməsi təxirə salınıb

28 Noyabr 2016 14:45

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

XİN bir qrup əcnəbi tədqiqatçının Azıx mağarasında qanunsuz qazıntı aparmasına münasibət bildirib

28 Noyabr 2016 14:44

"Ermənistan KİV-də barələrində bəhs olunan İspaniyanın Milli Təbii Elmlər Muzeyinin əməkdaşı Yolanda Fernandez-Xalvo (Dr. Yolanda Fernandez-Jalvo, Museo Nacional de Ciencias Naturales), Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq (Dr. Tania King) və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryus (Dr. Peter Andrews, Natural History Museum, London) bir müddətdir, qanunsuz olaraq Azərbaycanın işğal olunmuş Xocavənd rayonu ərazisindəki Azıx mağarasında arxeoloji fəaliyyətlə məşğuldur".

Son 25 ildə Azərbaycanda hamiləliklə bağlı 1000-ə yaxın ana ölümü baş verib

28 Noyabr 2016 14:43

Son 25 ildə Azərbaycandahamiləliklə bağlı 1000-ə yaxın ana ölümü faktı qeydə alınıb. APA-nın məlumatına görə, 1990-2015-cı illər ərzində hamiləlik, doğuş və zahılıq dövründə 977 ana ölümü baş verib.

WhatsApp-a videolarla bağlı maraqlı xüsusiyyət əlavə olundu

28 Noyabr 2016 14:35

WhatsApp developerləri messencerin qıcıqlandıran xüsusiyyətini aradan qaldırıblar. Belə ki, əvvəllər göndərilmiş videonu izləmək üçün ilk öncə videonun yüklənməsini gözləmək lazım gəlirdi. İndi isə onlar messencerə, videoya yüklənmə zamanı baxmaq xüsusiyyətini əlavə ediblər.

Rusiyada Azərbaycan dilində məktəblər açılacaq?

28 Noyabr 2016 14:32

Azərbaycanda ümumtədris məktəblərində 90 min şagird rus dilində təhsil alır. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bunu təhsil nazri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, son illərdə Bakıda hökumətin dəstəyi ilə Rusiyanın iki nüfuzlu ali təhsil müəssisəsinin - Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları açılıb. 

Azay Quliyevdən Xocalı soyqırımı ilə bağlı mühüm təklif

28 Noyabr 2016 14:29

"Xocalı soyqırımına qiymət vermək üçün mütləq 3 mərhələdən keçməliyik”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı zamanı deyib. 

Vətənpərvərlik bizim milli dəyərimizdir

28 Noyabr 2016 14:27

Azərbaycan gəncliyinin vətənpərvər hislərinin formalaşdırılması istiqamətində təhsil sahəsində də ciddi addımlar atılmaqdadır. Belə ki, 2015-2016-cı tədris ili üçün pilot layihə çərçivəsində ölkənin 50 ümumtəhsil məktəbində müasir standartlara cavab verən hərbi kabinetlər yaradılıb. Təhsil Nazirliyindən bildirilib ki, hərbi kabinetlərdə vizual elektron təlim avadanlıqları quraşdırılıb.

Göygöl sakinindən narkotik maddə götürülüb

28 Noyabr 2016 14:22

Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balçılı kənd sakini İlqar Əliyevdən 45 qram marixuana götürülüb. DON-dən verilən məlumata görə, onun evinə baxış zamanı əlavə olaraq 7 kiloqram 285 qram marixuana, 5 kiloqram 62,68 qram xaşxaş və 6 kiloqram xaşxaş toxumu, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Serj Sarkisyanı Beynəlxalq Hərbi Tribunala vermək mümkündürmü?

28 Noyabr 2016 14:21

“Xocalı soyqırımı ilə bağlı hazırlanacaq beynəlxalq hərbi tribunalda birinci kimin adı göstəriləcək? Əlbəttə ki Serj Sarkisyanın. Lakin Ermənistanla danışıqların indiki fazasında Ermənistan prezidenti Serj Sarkisyanı Beynəlxalq Hərbi Tribunala vermək mümkün deyil”. Bunu deyən Milli Məclisin deputatı Elman Nəsirovun sözlərinə görə,  əgər Sarkisyanı beynəlxalq hərbi tribunala versək, danışıqlar necə davam etdiriləcək: “Nə zamankı Ali Baş Komandan heasb edəcək ki, artıq danışıqlar limiti bitib, o zaman beynəxalq hərbi tribunal məsləsindən söhbət gedə bilər. Amma indiki reallıqda Sarkisyanın beynəlxalq hərbi tribunala verilməsi o qədər də real deyil”.