Xocalı soyqırımını törədənlər cəzalarını alacaqlar
Beynəlxalq cinayətlərin cəzalandırılması üçün hüquqi mexanizmlər hazırlanır Erməni və Rus silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımının ildönümü yaxınlaşdıqca mənfur düşmən tərəfindən cəbhə xəttində təxribatların sayının artması müşahidə olunur. Heç şübhəsiz ki, ermənilərin əsas məqsədi Xocalı soyqırımının miqyasını azaltmaq və azərbaycanlıları dünya ölkələrinə vəhşi xalq kimi təqdim etməkdir. Millət vəkili Elman Məmmədov deyib ki, Ermənistan silahlı birləşmələrinin qoşunların təmas xəttində provokasiya xarakterli hərəkətlərinin başlıca səbəblərindən biri Azərbaycanı təxribata çəkməkdir.
28 Noyabr 2016 15:16 SiyasətBeynəlxalq cinayətlərin cəzalandırılması üçün hüquqi mexanizmlər hazırlanır
Erməni və Rus silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımının ildönümü yaxınlaşdıqca mənfur düşmən tərəfindən cəbhə xəttində təxribatların sayının artması müşahidə olunur. Heç şübhəsiz ki, ermənilərin əsas məqsədi Xocalı soyqırımının miqyasını azaltmaq və azərbaycanlıları dünya ölkələrinə vəhşi xalq kimi təqdim etməkdir. Millət vəkili Elman Məmmədov deyib ki, Ermənistan silahlı birləşmələrinin qoşunların təmas xəttində provokasiya xarakterli hərəkətlərinin başlıca səbəblərindən biri Azərbaycanı təxribata çəkməkdir. E.Məmmədov bildirib ki, işğalçı Ermənistan unudur ki, Azərbaycan dövləti, onun ordusu qüdrətlidir və istənilən təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır. Onun sözlərinə görə, bundan öncə də törədilən təxribatların qarşısının qətiyyətlə alınması bunu əminliklə söyləməyə əsas yaradır: "Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək gücündədir və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır. Məhz aprel döyüşləri çərçivəsində Ermənistanın təxribatlarına layiqli cavab verilməsi də bunu deməyə əsas verir". Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, Rusiya prezidentinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qrupunun yaradılması haqqında sazişi təsdiqləməsi və sazişin ratifikasiya üçün Rusiya Dövlət Dumasına göndərilməsindən sonra Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişənin kim tərəfindən, nə məqsədlə yaradıldığı və indiyə qədər niyə həll olunmamasının səbəbləri bütün dünyaya bəlli oldu: "İndiyə qədər Ermənistanın bütün strateji istiqamətləri, o cümlədən, iqtisadiyyatı, nəqliyyatı, hərbi hava qüvvələri Rusiyanın əlində idi. Ermənistan bu sazişdən sonra müstəqilliyini tamamilə itirərək Rusiyanın hərbi bazasına çevrilmiş oldu. Bundan sonra Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi sübhələr yaranıb. Odur ki, cəbhə xəttində belə təxribatların intensivləşməsi gğzləniləndir". Milli Məclisin Hüquq siyasəti və dövət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan təkcə Dağlıq Qarabağ və Xocalı soyqrımının beynəlxalq aləmdə tanıtdırılması yox, bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb olunması istiqamətində səylərini davam etdirir. Komitə sədri deyib ki, bu məqsədlə beynəlxalq cinayətlərin cəzalandırılması üçün hüquqi mexanizmlərin hazırlanması beynəlxalq cinayətlərə hüquqi qiymət verilməsinə öz töhfəsini verəcək. Ə.Hüseynli bildirib ki, beynəlxalq cinayətlərin cəzalandırılması ilə bağlı hazırlanan xüsusi qanun layihəsi soyqırım, hərbi cinayətlər və etnik təmizləmə siyasəti keçirən cinayətkarların məsuliyyətə cəlb olunması beynəlxalq hüquq üçün əhəmiyyətlidir: "Bu qanun layihəsi Xocalı soyqırımını törədən cinayətkarlarının məsuliyyətə cəlb olunması istiqamətində hüquqi cəhətdən mühüm addım olacaq". Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib ki, Xocalı soyqrım tanınması haqqında qərar qəbul etmək növbəsi AŞPA və ATƏT-indir. Onun sözlərinə görə, müasir tariximizdə bir sıra soyqırım hadisələri baş verib: "Bunlardan biri 25 il əvvəl Azərbaycanda ermənilərin törətdiyi Xocalı soyqırımı, digəri isə Yuqoslaviyadakı Serebrenitsa soyqrımıdır. Ancaq dünyada törədilən soyqrım siyasətlərinə baxış fərqlidir. Fərq ondan ibarətdir ki, Serebrenitsa soyqrımının törədilməsi ilə bağlı 12 il bundan öncə Yuqoslaviya hərbi tribunalı baxıb və buna hüquqi qiymət verib. Tribunalın çıxardığı qərara əsasən serebrenitsa soyqrımını törədənlər ədalət mühakiməsi ilə cəzalandırılıb və onlar cəzalarını çəkməkdədir. Digər məqam isə ondan ibarətdir ki. beynəlxalq təşkilatlar da Serebrenitsa soyqırının tanınması və onun qeyd olunması ilə bağlı qəararlar verilsə də, Xocalı soyqırımı ilə bağlı belə bir qərar yoxdur. Xocalı soyqrımı törədən cinayətkarlar hələ də, azadlıqdadırlar. Yalnız İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı qərar verib". A.Quliyev deyib ki, Xocalı soyqırımının tanınması və onun cinayətkarlarının məsuliyyətə cəlb olunması ilə bağlı digər beynəlxalq təşkilatlar da, qətnamələr çıxarmalıdır. Millət vəkili onu da əlavə edib ki, Xocalı soyqırımının dünyada tanıtdırılması və cinayəti törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində səylərimizi davam etdirməliyik: "Bununla bağlı olaraq Serj Sərkisyanın beynəlxalq tribunala cəlb olunaraq cəzalandırılması istiqamətində petisiya davam etdirilməlidir".
Xatırladaq ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə "DQR" hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankədidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. "DQR" hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. "Memorial" hüquq müdafiə mərkəzinin qənaətinə görə, MDB hərbiçilərinin münaqişə regionunda hərbi əməliyyatlarda və döyüş fəaliyyətlərində iştirakı faktı, həmçinin münaqişə tərəflərinin birləşmələrinə hərbi əmlakın verilməsi faktları üzrə xüsusi araşdırmalar aparılmalıdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya tanıyır. İndiyədək ABŞ-ın 21 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Xocalı soyqırımının xatirəsinə 6 ölkədə 9-dan çox abidələr ucaldılıb.
Alim