Serj Sarkisyanı Beynəlxalq Hərbi Tribunala vermək mümkündürmü?
“Xocalı soyqırımı ilə bağlı hazırlanacaq beynəlxalq hərbi tribunalda birinci kimin adı göstəriləcək? Əlbəttə ki Serj Sarkisyanın. Lakin Ermənistanla danışıqların indiki fazasında Ermənistan prezidenti Serj Sarkisyanı Beynəlxalq Hərbi Tribunala vermək mümkün deyil”. Bunu deyən Milli Məclisin deputatı Elman Nəsirovun sözlərinə görə, əgər Sarkisyanı beynəlxalq hərbi tribunala versək, danışıqlar necə davam etdiriləcək: “Nə zamankı Ali Baş Komandan heasb edəcək ki, artıq danışıqlar limiti bitib, o zaman beynəxalq hərbi tribunal məsləsindən söhbət gedə bilər. Amma indiki reallıqda Sarkisyanın beynəlxalq hərbi tribunala verilməsi o qədər də real deyil”.
28 Noyabr 2016 14:21 Siyasət"Xocalı soyqırımı ilə bağlı hazırlanacaq beynəlxalq hərbi tribunalda birinci kimin adı göstəriləcək? Əlbəttə ki Serj Sarkisyanın. Lakin Ermənistanla danışıqların indiki fazasında Ermənistan prezidenti Serj Sarkisyanı Beynəlxalq Hərbi Tribunala vermək mümkün deyil". Bunu deyən Milli Məclisin deputatı Elman Nəsirovun sözlərinə görə,
əgər Sarkisyanı beynəlxalq hərbi tribunala versək, danışıqlar necə davam etdiriləcək: "Nə zamankı Ali Baş Komandan heasb edəcək ki, artıq danışıqlar limiti bitib, o zaman beynəxalq hərbi tribunal məsləsindən söhbət gedə bilər. Amma indiki reallıqda Sarkisyanın beynəlxalq hərbi tribunala verilməsi o qədər də real deyil".
Parlament Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov isə bildirib ki, Azərbaycan 1997-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin Romadakı toplantısında iştirak edib, ancaq sənədə imza atmayıb və onu ratifikasiya etməyib: "Mən açıq deməliyəm ki, bu məhkəmə yarandığı müddətdən bu günə qədər çox təəssüf ki, ona bəslənən ümidləri doğrultmur. Bu gün Beynəlxalq Cinayət Məhkəməsindəki işlərin hamısı Afrika ilə bağlıdır. Hətta belə fikir var ki, bu, regional xarakter daşıyan məhkəmədir və ancaq Afrika üçün yaradılıb. Bir neçə dövlət artıq məhkəməyə müraciət edib ki, onun nizamnaməsində iştirak etməyəcək. Bir sıra məhkəmə qərarları isə siyasi xarakter daşıyır". Xocalıda törədilən soyqırımla bağlı beynəlxalq tribunalın yaradılmasına gəldikdə, N. Səfərov deyib ki, Xocalıda törədilən soyqırımla bağlı beynəlxalq tribunalın yaradılması imkanı həmişə mümkündür: "Belə cinayətlər törədildikdə bu kimi orqanlar yaradıla bilər. Ancaq mütləq və mütləq Təhlükəsizlik Şurasının razılığı olmalıdır. Yəni nəzəri cəhətdən bunu da istisna etmək olmaz". Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, Avropanın bütün layihələrində iştirak edən Ermənistan məhkəməyə çağırılmalıdır: "Xocalı faciəsi ilə bağlı qanun layihəsinin hazırlanması mühüm məsələdir. Bu məsələnin hüquqi müstəviyə çıxarılması kifayət qədər çətindir. Bəzən deyirlər ki, biz bu məsələlərdə gecikmişik, elə deyil, bununla bağlı işlərimiz davam edir".