Gündəm

2017-ci ildən Həcc ziyarəti kreditlə olacaq QƏRAR İMZALANDI

28 Noyabr 2016 16:01

Türkiyədə Həcc ziyarətinə getmək istəyənləri sevindirəcək qərar verilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Dini İşlər üzrə Nazirliyi Həcc ziyarəti çərçivəsində müqəddəs torpaqlara getmək istəyənlərə kredit imkanının təqdim edilməsi ilə bağlı qərar imzalayıb.

Deputat: “Azəbaycanda politoloq problemi var”

28 Noyabr 2016 15:59

“Bu gün Azəbaycanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaiqşəsini dünya birliyinə çadırılması istiqamətində dərin təhlil etmə qabliyyətinə mailk politoloq problemi mövcuddur”. Bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisdə təşkil olunan olunan “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasın hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı, həmçinin cinayətkarların məsuliyyətə cəlb olunması ilə bağlı məsələyə mövqeyini açıqlayarkən deyib.

Şura Zaqatala və Qusarda konfrans keçirib

28 Noyabr 2016 15:56

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Zaqatala şəhərində, Heydər Əliyev Mərkəzində "Multikultural dəyərlərin inkişafında QHT-lərin rolu və onların üzərinə düşən vəzifələr" mövzusunda konfrans keçirib. Konfransda çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini İlqar Vəliyev qeyd edib ki, “Multikulturalizm ili” çərçivəsində ölkəmizdə keçirilən tədbirlərdə on minlərlə insan iştirak edib.

Biləsuvarda 2 nəfər bıcaqlanıb

28 Noyabr 2016 15:52

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 27-də Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində kənd sakini Natiq Hüseynov münaqişə zəminində həmkəndliləri Mikayıl Məmmədova və Savalan Zeynalova bıçaqla xəsarət yetirib. Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Hüseynov tutulub. Hadisənin baş vermə səbəbləri araşdırılır. 

Madam Tüsso İstanbulda

28 Noyabr 2016 15:53

Madam Tüsso muzeyinin Türkiyənin  Grand Peradak bölgəsində filyalı açılıb. Muzeydə Türkiyə və dünya ulduzlarının mum heykəl kolleksiyaları bu gün ziyarətçilərə təqdim olunub. Muzeyin açılışını İstanbul Böyükşəhər bələdiyyə rəhbəri Kadir Topbaş, Beyoğlu bələdiyyə rəhbəri Ahmet Misbah Demircan, İstanbul Mədəniyyət və Turizm rəhbəri Nedret Apaydın tərəfindən olub. Açılışdan sonra Topbaş və yanındakılar müzeyi gəzdi, mum fiqurlarla şəkil çəkdirdilər.

Azərbaycanda idman növlərinin sayı artırılacaq

28 Noyabr 2016 15:51

Azərbaycanda idman növlərinin sayının artırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası" layihəsinin "İdman siyasətinin əsas istiqamətləri" bölməsində əks olunub.

"Siz ermənilərə, mən ruslara nifrət edirəm" - Ukraynalı kolleksiyaçı

28 Noyabr 2016 15:50

Avropanın bir çox ölkələrində olub. Növbəti səfəri isə Azərbaycanadır. Daha doğrusu bu ölkəmizə 3-cü gəlişidir. Bu dəfə "Qəbələ" üçün Bakıya təşrif buyurmuşdu.

Əmək Nazirliyi 6681 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib

28 Noyabr 2016 15:44

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-sentyabr aylarında penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilən, tibbi və sosial yardıma ehtiyacı olan 6681 nəfər şəxsi birdəfəlik sosial müavinətlə təmin edib.

Politoloq: "Azərbaycan-Belarus münasibətləri isti və səmimidir" 

28 Noyabr 2016 15:42

“Azərbaycan- Belarus münasibətləri yüksək səviyyədədir”. Bunu SİA-ya  politoloq Cümşüd Nuriyev Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərinə münasibət bildirərkən deyib.  

Daşkənddə  "Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə" rəsm və əl işləri sərgisi keçirilib

28 Noyabr 2016 15:39

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində  Daşkənddə  "Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə" rəsm və əl işləri sərgisi keçirilib.

İqtisadi islahatlardan gözləntilər

28 Noyabr 2016 15:32

Qeyri-neft sektorunun unkişafına nə maneə olur?  Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışından çox qısa zaman sonra sahibkarlığın inkişafı ilə bağlı real və strateji addımlar atılmağa başlanıldı. Belə ki, dövlət başçısı sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat Nazirliyinə həvalə etməklə yanaşı, vergi yoxlamaları istisna edilməklə bütün növ yoxlamaların 2 il müddətində dayandırılması ilə bağlı qanun layihəsini parlamentə təqdim etdi. Beləliklə, sahibkarlığın inkişafındakı yeni mərhələyə start verildi.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

28 Noyabr 2016 15:31

Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı çoxşaxəli, çevik siyasət həyata keçirilməkdədir. Yürüdülən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə naliyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.

Dövlətinin və xalqın dini ekstremizm və radikalizmə qarşı təpki göstərməsinə ehtiyac var

28 Noyabr 2016 15:29

İlqar Altay: “Cəmiyyət içində oyun qurmuş, cilddən-cildə girən dini ekstremist konkret qanun pozuntusuna görə həbs olunan kimi, özünü siyasi məhbus kimi qələmə verib hay-küy salır” “Bunların həyasız səs-küyünün səsi hətta bəzi “hüquq müdafiəçiləri” hesabına uzaq xarici tribunalardan da gəlir”

Elçin Hüseynbəyli yazır...Mənim atam... Mənim atam...

28 Noyabr 2016 15:28

Elçin Hüseynbəyli Mənim atam... Gecənin bir vaxtı yadıma düşdü ki, atamın dünyaya gəlməsindən 100 il, dünyadan getməsindən 35 il ötür.

Yerevan Tehranla əlaqələri inkişaf etdirməyə can atır

28 Noyabr 2016 15:26

Elxan Şahinoğlu: “İran-Azərbaycan regional əməkdaşlığı İran-Ermənistan əməkdaşlığını üstələyir” Son vaxtlar İranla Azərbaycan arasında münasibətlərdə bir qədər də yaxınlaşma, qarşılıqlı anlaşma mühiti müşahidə edilir. Xüsusilə, İranın yeni prezidenti Həsən Ruhaninin İslam Respublikasına rəhbərlik etməsindən sonra bu müsbət tendensiya özünü daha qabarıq şəkildə göstərir. Bir sözlə cənub qonşumuz ikitərəfli münasibətlərin bir qədər də irəli aparılması üçün bütün mümkün vasitələrdən istifadə etməyi düşünür. Elə İslam Respublikasının Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfirinin açıqlamalarından da aydın görünür ki, Tehran ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Hiss olunur ki, İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə iki ölkə arasındakı əməkdaşlığın genişlənməsinə çalışır. Onun “indiki münasibətlərimiz yaxşıdır, amma bundan daha yaxşı edə bilərik” sözləri də bundan xəbər verir.