Şura Zaqatala və Qusarda konfrans keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Zaqatala şəhərində, Heydər Əliyev Mərkəzində "Multikultural dəyərlərin inkişafında QHT-lərin rolu və onların üzərinə düşən vəzifələr" mövzusunda konfrans keçirib. Konfransda çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini İlqar Vəliyev qeyd edib ki, “Multikulturalizm ili” çərçivəsində ölkəmizdə keçirilən tədbirlərdə on minlərlə insan iştirak edib.
28 Noyabr 2016 15:56 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Zaqatala şəhərində, Heydər Əliyev Mərkəzində "Multikultural dəyərlərin inkişafında QHT-lərin rolu və onların üzərinə düşən vəzifələr" mövzusunda konfrans keçirib. Konfransda çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini İlqar Vəliyev qeyd edib ki, "Multikulturalizm ili" çərçivəsində ölkəmizdə keçirilən tədbirlərdə on minlərlə insan iştirak edib. Onlar Azərbaycanda müxtəlif millətlərin və dini konfensiyaların nümüyəndələrinin min illər boyu dinc, sülh şəraitində yanaşı yaşamasının şahidi olublar. Şura Katibliyinin məsləhətçisi Həsən Səmədov qeyd ediblər ki, 2016-cı ildə Şuranın dəstəyi ilə multikulturalizm mövzusunda 22 layihənin həyata keçirilib. Qusar rayonunun Heydər Əliyev Mərkəzində keçirilən konfransda da iştirakçılar çıxışlarında vətəndaşlarımızın ictimai şüurunda multikultural ideyaların mühüm yer tutduğunu və həyat tərzinə çevrildiyini, dövlətimizin multikultural münasibətlərin inkişafı yönündə atdığıaddımların davamlı xarakter daşıdığını vurğulayıblar.