Gündəm

Təhsil və elm sahəsində əməkdaşlığın vəziyyəti müzakirə edilib

28 Noyabr 2016 17:00

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri xanım Olqa Vasilyeva  Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələrinin Assosiasiyasının təşkilatçılığı ilə “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda iştirak edib.

Paralimpiya çempionları baş məşqçi təyin olundular

28 Noyabr 2016 16:59

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə, Komitənin iclası keçirilib.

İllər üzrə 2017-nin PROQNOZU: Xoruz ilində bizi nə gözləyir? 

28 Noyabr 2016 16:46

Yeni il - yeni imkanlar deməkdir. Bəs qarşıdan gələn Xoruz ilində digər illər altında dünyaya gələnləri nə gözləyir?

Azərbaycan ordusunun nüfuzu gənclərin vətənpərvərlik hissini artırır

28 Noyabr 2016 16:38

Azərbaycan ordusunun nüfuzu gündən-günə artmaqdadır. Buna səbəb orduya yeni baxış, silahlı qüvvələrə dövlət nəzarəti və hərbçilərin sosial problemlemlərinin diqqətdə saxlanmasıdır. Məlumat üçün qeyd edək ki, son vaxtlar Prezident, Ali Baş Komandan İlham Əliyev və müdafiə naziri Zakir Həsənov bir neçə dəfə cəbhə bölgəsində olublar. Etiraf edilməlidir ki, dövlət başçısının təmas xəttində olması, hərbçilərin problemləri ilə birbaşa maraqlanması gənc əsgərlər arasında vətənpərvərlik hissinin artmasına səbəb olur. Bu günlərdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin ilin yekunlarına həsr olunmuş toplantısında iştirak edib. Toplantı iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın foyesindəki büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Bankın zərərinə səbəb olan müqavilələr etibarsız sayılacaq

28 Noyabr 2016 16:36

Banklara təyin olunan müvəqqəti inzibatçı müqavilələrin şərtlərinin ədalətsiz və ya maliyyə təşkilatının xeyrinə olmadığını müəyyənləşdirdiyi təqdirdə bu müqaviləni etibarsız elan edəcək. “APA-Economics” xəbər verir ki, bu, “Banklar haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.

Türkiyədə 62 hərbçi ömürlük azadlıqdan məhrum edildi

28 Noyabr 2016 16:35

İstanbul prokurorluğunun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə ittiham olunan 62 hərbçinin ömürlük azadlıqdan məhrum edilməsi haqqında iddianaməsi qəbul olunub.

Orta məktəbi bitirənlərə hansı sənəd veriləcək? - DETALLAR

28 Noyabr 2016 16:29

Azərbaycanda həm ümumi orta, həm də tam orta təhsil pilləsini bitirənlərə attestat veriləcək. Olaylar.az xəbər verir ki, Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, artıq şəhadətnamə olmayacaq və IX-XI sinfi bitirən şagirdlərə veriləcək sənəd attestat adlanacaq.

Lukaşenko Azərbaycana rəsmi səfərə gəldi

28 Noyabr 2016 16:23

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko noyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Şantajla, reketlə məşğul olan kafe və saunalarda "oblava"

28 Noyabr 2016 16:21

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları sosial şəbəkələrdə müştərilərə əxlaqsız təkliflər edərək onları sauna və kafelərə dəvət edən və həmin obyektlərdə hədə-qorxu gələrək pul və qiymətli əşyalarını tələb edən şəxslərə qarşı xüsusi əməliyyat keçiriblər.

Tamamilə məxfi: “Validol” ləqəbli killer, korrupsioner məmurlar və Londonda qəfil ölüm

28 Noyabr 2016 16:20

Britaniya məhkəməsi 2012-ci ildə Londonun Sürrey qraflığındakı dəbdəbəli malikanəsinin yaxınlığında qəfildən yıxılıb ölən rusiyalı biznesmen Aleksandr Perepeliçninin işi üzrə adı keçən beynəlxalq killer Valid Luraxmayevlə bağlı kəşfiyyatın əldə etdiyi informasiyaları tam məxfi saxlayacaq.

Bakı metrosunda maliyyə yeyintisi aşkarlandı - QƏRAR ÇIXARILDI

28 Noyabr 2016 16:17

2017-ci ildə Bakı Metropoliteni qənaətə keçməlidir.  Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində bildirilir.

Oğrunun digər əməlləri ifşa edildi

28 Noyabr 2016 16:13

Sentyabrın 17-də oğurluq etdiyinə görə tutulmuş Rüfət Rəhimovun yeni cinayət əməlləri məlum olub. DİN-dən verilən məlumata görə, ətrafında Sumqayıt ŞPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 31-dən avqustun 28-dək olan müddətdə Sumqayıt şəhər sakinləri olan 5 nəfərdən pul və mobil telefonlar oğurlaması da müəyyən edilib.

Evdən qızıl oğurlayan qadın saxlanıb

28 Noyabr 2016 16:12

Oktyabrın 9-da Masallı rayon sakini Aslan Fərzəliyevin evibndən 10.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən A.Fərzəliyevin həmyerlisi Məryəm Babaşova tutulub.

Lavrov Binəli Yıldırımla görüşə gedir

28 Noyabr 2016 16:08

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Türkiyəyə səfər edəcək. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, Lavrov Rusiya-Türkiyə strateji planlaşdırma qrupunun iclasında iştirak edəcək.

Türkiyədə çoban partiya qurdu: "Hakimiyyətə gələcəm"

28 Noyabr 2016 16:06

Türkiyədə yeni partiya qurulub. Olaylar.az lent.az-a istinadən xəbər verir ki, Mudanya qəsəbəsində yaşayan Sərdar Okuyucu "Dolunay" adlı partiya yaratdığını bəyan edib. 2015-ci ildə rəsmi qeydiyyatdan keçən partiyanın artıq 60 bölgə təmsilçiliyi yaradılıb.