Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə, Komitənin iclası keçirilib.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə, Komitənin iclası keçirilib. Komitədən "OLAYLAR"-a bildirilib ki, iclasda  "XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının yekunları və XVI Tokio Yay Paralimpiya Oyunlarına hazırlıq haqqında" məsələ  müzakirə edilib. İclasda ikiqat Paralimpiya çempionu Oleq Panyutin atletika, İbrahim İbrahimov cüdo idman üzrə növü üzrə kişilərdən ibarət komandanın, Paralimpiya çempionu Ramin İbrahimov bu idman növündə qadinlardan ibarət komandanın, Qarabağ müharibəsi əlilləri Əkbər Muradov Güllə atıcılıgı , İlham Məhərrəmov Boccia idmanı , bununla yanaşı Alaverdi Culfayev üzgüçülük , Qubuşova Ruqiyyə stolüstü tennis, Hacızadə Tərlan Oturaq valeybol, Asəf Məlikov Qılıncoynatma, İlqar İbişov Pauerliftinq, Zahir Abdullayev Qolbol, Aleksandr Barabanov Avarçəkmə və  Natiq Abbasov Kanandan oxatma idman növü üzrə milli komandalarin baş məşqçləri təyin olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31