Gündəm

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva baronessa Nikolson ilə görüşüb

28 Noyabr 2016 17:57

Noyabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ABŞ-ın Suriya planı açıqlandı

28 Noyabr 2016 17:50

Amerika administrasiyası loyal müxalifət və radikal müsəlmanlar arasında sərhəd qoyulmasına əvəz olaraq Suriya böhranı üzrə Rusiya ilə razılaşmaq niyyətindədir. Publika.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “The Washington Post” yazıb.

İŞİD İsraillə müharibəyə başladı

28 Noyabr 2016 17:48

İŞİD terror təşkilatı Colan təpələrində israilli əsgərlərə pulemyot və minaatanlarla atəş açıb.

"Böyükağa Hacıyev ermənilərə oyun satıb"

28 Noyabr 2016 17:41

Xəbər verdiyimiz kimi, Premyer Liqanın 13-cü turu çərçivəsində "Kəpəz" Gəncədə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. Matçdan sonra futbol idman növü üzrə Azərbaycan Respublikasının "İdman ustası" dərəcəsi almış Şahmir Hüseynovla həmsöhbət olduq.

Xalq artisti: "Boşanmağıma peşmanam"

28 Noyabr 2016 17:39

Xalq artisti Fatma Mahmudova boşandığı həyat yoldaşı, mərhum əməkdar artist Tofiq Qarayevdən danışıb, kövrəlib. Olaylar.az axşam.az-a istinadən bildirir ki, aktrisa "ATV maqazin onlarla" verilişində ondan boşandığı üçün peşman olduğunu deyib. 

“Uşaq Qaynar Xətti” xidmətində yenilik

28 Noyabr 2016 17:37

Xidmətin mobil əlavəsi istifadəyə verildi 2010-cu ildə Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətti” xidmətinin mobil əlavəsi istifadəyə verilib. Yeni informasiya texnologiyalarının uşaqların sağlamlığı, müdafiəsi, təhlükəsizliyi və təhsilinə dəstək verməsini təmin etmək məqsədilə internet saytlarının və smartfonlar üçün əlavələrin yaradılması və yayılması xüsusi önəm daşıdığından, Azercell belə bir əlavənin yaradılmasına ehtiyac duyub. Noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Uşaq Qaynar Xətt Xidmətinin mobil əlavəsinin təqdimatı keçirilib. Mərasimdə İnsan hüquqları üzrə müvəkkil professor Elmira Süleymanova, QHT, dövlət və özəl sektorun təmsilçiləri və media nümayəndələri iştirak ediblər.Təqdimat mərasimində məlumat üçün bidirilib ki, “Uşaq Qaynar Xətti” xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fəaliyyət göstərdiyi bu illər ərzində “Azərbaycan Uşaq Qaynar Xətti” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 15.000 - ə yaxın müraciət daxil olub. Yönləndirilən zənglərin əksəriyyəti psixoloji və emosional problemlər, ailədaxili münaqişələr, münasibətlərdə gərginlik, həmçinin məişət zorakılığı, əlilliklə bağlı məsələlər, təhsil və hüquqi ehtiyaclar və s. ilə bağlı olub. Azərbaycan “Uşaq Qaynar Xətti” 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri Təşkilatının qlobal şəbəkəsinin tam hüquqlu üzvüdür.

Akif Çovdarov məhkəməyə oksigen balonu ilə gətirilib - YENİLƏNİB

28 Noyabr 2016 17:30

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü keçirilib

28 Noyabr 2016 17:28

Azərbaycan prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.

Belarus prezidentinin rəsmi qarşılanma mərasimi olub

28 Noyabr 2016 17:27

Azərbaycanda rəsmi səfərə gələn Belarus prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub.

Sərkisyan: "Rusiya hərbi bazalarına hüquqi əsas..."

28 Noyabr 2016 17:26

Rusiya və Ermənistan arasında vahid ordu birləşmələri haqqında müqavilənin imzalanması Rusiya hərbi bazasının Ermənistanın müdafiəsində iştirak etməsi üçün hüquqi əsas yaradacaq.

Yeni ildə neçə gün iş olmayacaq? - Tətil günləri AÇIQLANDI

28 Noyabr 2016 17:24

Nazirlər Kabineti 2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında qərar verib. Olaylar.az xəbər verir ki, Nazirlər Kabinetindən qafqazinfo-ya daxil olan xəbərə görə, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 26, 27 iyun Ramazan bayramı, 1, 2 sentyabr Qurban bayramıdır.

Mourinyo cəzalandırıla bilər

28 Noyabr 2016 17:06

Beynəlxalq Dəniz Təşkilatının 97-ci sessiyası keçirilib

28 Noyabr 2016 17:01

Beynəlxalq Dəniz Təşkilatinin London şəhərində yerləşən baş qərargahinda təşkilatin dəniz təhlükəsizliyi komitəsinin 97-ci sessiyasi işini yekunlaşdirib. “OLAYLAR”-ın Dəniz Administrasiyasına istinadən verdiyi xəbərə görə, Beynəxalq Təşkilatın sessiyasında Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Sessiyada dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, dəniz mühitinin mühafizəsi, gələcəkdə dəniz qəzalarının qarşısının alınması, eləcə də  beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu halları ilə mübarizəyə dair ümumi müzakirələr aparılıb.