Mourinyo cəzalandırıla bilər

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Vest Hem"lə oyunda baş hakim Conatan Mossun qərarına etiraz etdiyinə görə texniki zonadan uzaqlaşdırılmışdı. Referi Pol Poqbaya simulyasiya etdiyinə görə sarı vərəqə göstərdiyi anda portuqal mütəxəssis əsəblərini cilovlaya bilməmiş və su butulkasına təpik vurmuşdu.

Goal.az- xəbər verir ki, İngiltərə Futbol Assosasiyası (FA) Mourinyonu 2 oyunluq diskvalifikasiya edə bilər. O, artıq 2-ci dəfədir hakimin qərarına etiraz etdiyinə görə tribunaya göndərilir. Bu mövsüm "Börnli" ilə oyunda da analoji hal yaşanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31