Təhsil və elm sahəsində əməkdaşlığın vəziyyəti müzakirə edilib
Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri xanım Olqa Vasilyeva Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələrinin Assosiasiyasının təşkilatçılığı ilə “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda iştirak edib.
28 Noyabr 2016 17:00 SosialÖlkəmizdə səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri xanım Olqa Vasilyeva Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələrinin Assosiasiyasının təşkilatçılığı ilə "Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda iştirak edib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, konfrans çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və rusiyalı həmkarı Olqa Vasilyeva Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının yeni korpusunun açılışında video-konfrans rejimində iştirak edib və təbrik mesajlarını səsləndiriblər. Sonda media nümayəndələri üçün brifinq keçirilib və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın bügünkü vəziyyəti ilə bağlı suallar cavablandırılıb.