İqtisadi islahatlardan gözləntilər
Qeyri-neft sektorunun unkişafına nə maneə olur? Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışından çox qısa zaman sonra sahibkarlığın inkişafı ilə bağlı real və strateji addımlar atılmağa başlanıldı. Belə ki, dövlət başçısı sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat Nazirliyinə həvalə etməklə yanaşı, vergi yoxlamaları istisna edilməklə bütün növ yoxlamaların 2 il müddətində dayandırılması ilə bağlı qanun layihəsini parlamentə təqdim etdi. Beləliklə, sahibkarlığın inkişafındakı yeni mərhələyə start verildi.
28 Noyabr 2016 15:32 SosialQeyri-neft sektorunun unkişafına nə maneə olur?
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışından çox qısa zaman sonra sahibkarlığın inkişafı ilə bağlı real və strateji addımlar atılmağa başlanıldı. Belə ki, dövlət başçısı sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat Nazirliyinə həvalə etməklə yanaşı, vergi yoxlamaları istisna edilməklə bütün növ yoxlamaların 2 il müddətində dayandırılması ilə bağlı qanun layihəsini parlamentə təqdim etdi. Beləliklə, sahibkarlığın inkişafındakı yeni mərhələyə start verildi. Hazırda iqtisadiyyatın tam liberallaşması, qeyri-neft sektorunun dayanıqlığının təmin edilməsi və dövlət büdcəsində vergili daxilolmaların artırılması və nəhayət, iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olunması istiqamətində ciddi addımlar atılmaqdadır. Lakin bütün görülən işlərə, həyata keçirilən layihələrə rəğmən hələ də ölkədə qeyri-nert sektorunun gözlənilən inkişaf səviyyəsinə nail olmaq mümkün olmayıb. Nədir buna maneə olan amillər? Ümumiyyətlə, ölkədə həyata keçiriln iqtisadi islahatlardan gözləntilərimiz nədən ibarətdir?
Sirr deyil ki, müasir Azərbaycanın sürətli inkişaf modelinin yaradıcısı olan Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı hər zaman nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq özəl sektorunun inkişafını strateji anlamda dəstəkləyən yeni islahatları da reallaşdırıb. Bu islahatlar Azərbaycan iqtisadiyyatında şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühim mərhələ olacaq. Qlobal və regonal çətinliklərin müşahidə edildiyi bir zamanda ötən dövrün iqtisadi və sosial nəticələri bir daha təsdiq etdi ki, Azərbaycanda həyata keçirilən düzgün iqtisadi siyasət öz real töhfələrini verməkdədir. İqtisadiyyatdakı artım tempi qorunub saxlanılmaqla yanaşı, iqtisadi inkişaf neft sektorundan qeyri-neft sektoruna transfer edilir.
Ekspertlər hesab edirlər ki, ölkədə ikirəqəmli iqtisadi inkişafa malik olan qeyri-neft sektorunun inkişafı birbaşa sahibkarlığın dəstəklənməsi nəticəsində özəl sektorun genişlənməsi ilə əlaqədardır. Bu inkişafın dayanıqlığı isə birbaşa sahibkarlığın dəstəklənməsi ilə bağlı həyata keçiriləcək islahatların nəticəsidir. Məhz dövlət başçısının hər zaman nümayiş etdirdiyi siyasi iradəsi ilə reallaşan son islahatlar da iqtisadiyyatın dayanıqlığını möhkəmləndirəcək. Məlumdur ki, dünyada qlobal iqtisadi durum çətinləşməkdədir. Böhran hətta inkişaf etmiş ölkələrdə belə müşahidə olunur. Belə bir şəraitdə Azərbaycan dövləti sahibkarlığın inkişafına hər cür dəstək həyata keçirir. Azərbaycan regionda sahibkarlığın inkişafına ən çox birbaşa maliyyə yardımı göstərən ölkədir. Artıq maliyyə yardımı ilə yanaşı, sahibkarları narahat edən bütün bürokratik problemlər aradan qaldırlmaqdadır. Hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının imzaladığı son sənədlər isə sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsunun reallaşması kimi də qiymətləndirmək olar. Bu baxımdan demək olar ki, islahatlar sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə gətirib çıxaracaq. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına səbəb olacaq, elektronlaşma yolu ilə sahibkarlarla dövlət qurumları arasında əlaqə məhdudlaşdırılacaq.
Mütəxəssislərin qənaətinə görə, dövlət başçısının tərəfindən reallaşan son iqtisadi islahatlar sahibkarlığın inkişafını stimullaşdırmaqla yanaşı, sosial təsirlər də daxil olmaqla multi-effektlərə malikdir. Belə ki, lisenziyaların verilməsinin "Asan Xidmət"ə həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Yoxlamaların sayının azaldılması sahibkarlara öz fəaliyyətlərini tam planlaşdırma, iş rejimində hər hansı inzibati fasilələrin baş verməməsi, xərclərə qənaət və ən əsası özəl sektorun genişlənməsinə gətirib çıxaracaq. Sahibkarlığın inkişafında yeni mərhələ həm də dövlət büdcəsinin gəlirlərinin şaxələnməsinə səbəb olacaq. Nəzərə almaq lazımdır ki, sahibkarlığın inkişafına dövlət dəstəyinin genişləndirilməsi, eyni zamanda sosial əhəmiyyət daşıyır. İnkişaf etmiş özəl sektor həm də daha çox yeni iş yeri deməkdir. Sahibkarlığın inkişafı maliyyə və məzənnə stabilliyi baxımdan da olduqca vacibdir. Belə ki, sahibkarlığın inkişafı idxaldan asıllığın aradan qaldırılmasında ciddi rol oynayır. Xüsusən də, ərzaq və gündəlik istehlak mallarının yerli istehsal hesabına təmin edilməsi ölkədən valyuta axınının qarşısını alır. Sahibkarlığın inkişafında yeni mərhələnin başlaması, həmçinin dövlət rezervlərimizin həcminin qorunub saxlanılması baxımdan əhəmiyyətlidir. Son islahatlar ölkəmizdə dayanıqlı iqtisadi artım tempinin qorunub saxlanılmasına imkan verəcək. Ümumilikdə son iqtisadi islahatlar qeyri-neft sektorunun ixrac qabiliyyətinin güclənməsinə imkan yaradacaq.
Alim