Baş İdarə rəisi gənclərlə görüşüb

Nərimanov rayon Gənclər və İdman İdarəsinin iclas zalında “Açıq söhbət” layihəsi çərçivəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilə Nərimanov rayon gənclərinin görüşü keçirilib.

Nərimanov rayon Gənclər və İdman İdarəsinin iclas zalında "Açıq söhbət" layihəsi çərçivəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilə Nərimanov rayon gənclərinin görüşü keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə ilk öncə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisini və fəal gəncləri salamlamış, Raqif Abbasovun həyat və fəaliyyəti, eyni zamanda İdarənin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd edib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Dövlət Gənclər Siyasəti, kütləvi bədən tərbiyəsi və idman siyasəti sahələri üzrə görülmüş və görüləcək tədbirlər haqqında geniş məlumat verib və bu gün Azərbaycan gənclərinin vətənpərvər olduqlarını, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini deyib. Bildirib ki, ölkəmizin haqq səsini dünyaya bəyan edən, mötəbər beynəlxalq yarışlarda uğurlar qazanaraq üçrəngli bayrağımızı yüksəyə qaldıran şəxslər məhz Azərbaycan gəncləridir.  Sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi gəncləri maraqlandıran sualları cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31