Deputat: “Xocalı soyqırımını törədənlər Rusiyada yaşayırlar”

“Xocalı soyqırımını törədənlərin əksəriyyəti bu gün Rusiyada yaşayır və oranın vətəndaşlarıdır. Bu, heç kimə sirr deyil. Həmin cinayətkarlar Rusiyada yaşayaraq, hətta iri bizneslə də məşğuldurlar”.

"Xocalı soyqırımını törədənlərin əksəriyyəti bu gün Rusiyada yaşayır və oranın vətəndaşlarıdır. Bu, heç kimə sirr deyil. Həmin cinayətkarlar Rusiyada yaşayaraq, hətta iri bizneslə də məşğuldurlar". Bunu Milli Məclisin deputatı Asim Mollazadə parlamentdə keçirilən "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasın hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimati zamanı deyib. Deputat bildirib ki, hazırda Rusiyada yaşayan Xocalı soyqırımını törədənləri Rusiyadan mütləq almalıyıq: "Biz beynəlxalq hərbi tribunallara müraciət etməklə yanaşı, Rusiyadan cinayətkarları tələb etməliyik. Beynəlxalq hüquqşünaslar səviyyəsində Xocalı cinayətkarlarını Rusiyadan aldıqdan sonra onlarla bağlı hərbi tribunal keçirə bilərik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31