Belçikada partlayış baş verib, zərərçəkənlər var

Belçikanın Lyej şəhərində baş verən yanğın nəticəsində 2 nəfər tüstüdən zəhərlənib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı dayanacaqda naməlum avtomobil qəfildən alovlanıb, daha sonra partlayış baş verib.

Belçikanın Lyej şəhərində baş verən yanğın nəticəsində 2 nəfər tüstüdən zəhərlənib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı dayanacaqda naməlum avtomobil qəfildən alovlanıb, daha sonra partlayış baş verib.
 
İnsident yaxınlıqda təşkil olunan ənənəvi Milad bazarı zamanı baş verib. Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. İnsidentin səbəbləri araşdırılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31