Gündəm
Küçə uşaqları QİCS-dən qorunur
Hər il dekabr ayının 1-də bütün dünyada olduğu kimi Azərbaycanda da “Ümumdünya QİÇS-lə Mübarizə Günü” (World AIDS Day) qeyd olunur. Bü gün münasibəti ilə Günərzi “İşıqlı EV” Küçə Uşaqları Mərkəzində “Küçə Uşaqları və SPİD” mövzusunda aksiya keçirilir. Bu məqdsədlə küçədə işləyən və yaşayan, hazırda Günərzi “İşıqlı Ev” Mərkəzində özünə sığınacaq tapmas uşaqlar arasında ümumi biliklərin artırılması məqsədi ilə “SPİD - onun vəsadlaıı” barədə informasiya günü təşkil edilmişdir. Mərkəzdən verilən məlumata görə, bundan sonrada küçə uşaqları arasında İİV/QİÇS-lə mübarizənin gücləndirilməsi, baxımsız uşaqların öz İİV-statusuna dair məlumatlandırılması, biliklərin artırılması, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi, İİV-lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınması məqsədi və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı maarifləndirmə yönümlü tədbirlərin keçirilməsini davam etdirəcəyik.
Azərbaycan avstriyalı jurnalisti əfv etdi
Avstriyanın "Profil" jurnalının əməkdaşı Martin Ştaudinqer Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə əlaqədar üzrxahlıq edib.
Çavuşoğlu: "Rusiyanın Qarabağ mövqeyinə hörmət edirik"
"Rusiyanın Dağlıq Qarabağ münaqişəsini həll etmək iradəsinə hörmətlə yanaşırıq". Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi brifinqdə deyib.
Azərbaycanda 11 səhiyyə müəssisəsi özəlləşdiriləcək
Azərbaycanda 11 dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi nəzərdə tutulub. Bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Nazir müavini bildirib ki, bunlar əsasən təsərrüfat hesablı müəssisələrdir: “11 müəssisə artıq müvafiq siyahıya daxil edilib. Bunların da özəlləşdirilməsi labüddür.
''Azneft'' İstehsalat Birliyinin sifarişi ilə yeni quyu istismara verilib
“Azneft” İstehsalat Birliyi “Neft Daşları” yatağında neft və qaz hasilatının stabil saxlanılması və artırılması istiqamətində tədbirlər görməkdə davam edir. “OLAYLAR”-ın xəbərinə görə, bu günlərdə Birliyinin sifarişi ilə “Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan qazılmış 2646 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu qirməki altı lay dəstəsi (1010-1005 metr intervaldan) horizontundan qazlift üsulu ilə mənimsənilib və sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna daxil edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.
Azərbaycan Avropa Şurasının konvensiyasına qoşuldu
Macarıstanın Budapeşt şəhərində keçirilmiş Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransı öz işini yekunlaşdırıb. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, konfransda Nazir Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti iştirak edib. Konfrans çərçivəsində nazir Azad Rəhimov “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulması üçün sənədə imza atıb.
Təhsil şöbəsi təkzib edir
Abdullah Öcalanın Azərbaycandakı təbliğatçısı Təhsil Şöbəsinin əməkdaşı deyil PKK lideri Abdullah Öcalanın təbliğatçısı kimi tanınan Laçın rayon sakini Müqabil Baxışov həbs edilib. Laçın Rayon Məhkəməsi onun barəsində 2 ay 19 günlük həbs qətimkan tədbiri seçib. Bəzi mətbuat orqanlarında Müqabil Baxışov Laçın Rayon Təhsil şöbəsinin əməkdaşı kimi təqdim olunub. “OLAYLAR”-ın xəbərinə görə, Laçın Rayon Təhsil Şöbəsi saxlanılan şəxsin təhsil şöbəsinin əməkdaşı olmadığını bildirib. Qeyd edilib ki, Müqabil Baxışov heç də Laçın Rayon Təhsil şöbəsinin əməkdaşı deyil. Belə ki, RTŞ-nin metodisti Müqabil Baxışov 1 may 2014-cü il tarixdən 6 aydan artıq müddətdə qeyri-müəyyən səbəbdən işə gələmədiyinə, əmək müqaviləsi üzrə öhdəlilklərini yerinə yetirə bilmədiyi və işdə yol verdiyi ciddi nöqsanlara görə 2014-cü ilin noyabr ayının 3-dən tutduğu vəzifədən azad olunub.
Əmək Nazirliyi Qarabağ müharibəsi əlillərinə ev verdi
Cari ildə nazirlik tərəfindən 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub
Lavrov: "Türk əsgərlərinə aviazərbəni Suriya Silahlı Qüvvələri endirib"
"Noyabrın 24-də Türkiyə Silahlı Qüvvələrinə Suriyada hava zərbəsi endirilib. Rusiyanın bununla heç bir əlaqəsi yoxdur. Bu hücum Suriya Silahlı Qüvvələri tərəfindən həyata keçirilib".
Ali məktəblərin vergiyə cəlb olunması məsələsinə Samir Şərifovdan reaksiya
Azərbaycanda dövlət ali təhsil müəssisələrinin mənfəət vergisinə cəlb olunması nəzərdə tutulmur.
Metroda intihara cəhd edən kişi: "Nə kredit? Nə borc?"
"Koroğlu" metro stansiyasında özünü qatarın altına atan 65 yaşlı Nəsir Əhmədov intihar cəhdinə aydınlıq gətirib.
Quldurlar polis əməkdaşına və arvadına hücum etdilər - VİDEO
Braziliyada sivil polisə quldurlar hücum edib.
Türkiyədə fahişəlik edən 6 azərbaycanlı saxlanıldıc
Türkiyənin Mersin şəhərində əyləncə məkanlarında polisin keçirdiyi əməliyyat zamanı əxlaqsızlıqla məşğul olan 28 əcnəbi qadın saxlanılıb. Əməliyyatda təxminən 100 polis əməkdaşı iştirak edib.
Bakıda İraq vətəndaşları 54,5 min dollarlıq dələduzluq ediblər
Bakıda İraq vətəndaşları öz həmyerlilərinə qarşı dələduzluq ediblər. Olaylar.az report-a istinadən xəbər verir ki, cari ilin oktyabr ayında İraq vətəndaşları 30 yaşlı Ahmed Abdulhaq İsmael və 29 yaşlı Ahmed Ali Mutara bir neçə nəfərin etibarından sui-istifadə edərək 13 nəfərə qarşı ümumilikdə 54 500 ABŞ dolları məbləğində dələduzluq ediblər.
ŞOK: Bacısının başını kəsən qız azadlıqda
2014-cü ilin oktyabr ayında bacısının başını kəsdiyinə görə həbs olunan Şəki sakini Pərvanə Etibar qızı Nuriyeva azadlığa buraxılıb.














