Medvedçuk: Əbu-Dabi görüşü danışıqlarda yeni mərhələnin əsasını qoyub- ÖZƏL

"Başqa Ukrayna" hərəkatının lideri Viktor Medvedçuk noyabrın 10-11-də Əbu-Dabidə keçirilən üçtərəfli görüşün Ukrayna böhranı ilə bağlı danışıqlarda yeni mərhələ açdığını bildirib.
Olaylar.az xəbər verir ki, o, hərəkatın saytında yayımlanan məqaləsində qeyd edib ki, 2022-ci ildə Qərb Rusiyayla ümumiyyətlə danışmaq istəmirdi. 2025-ci ilin avqustunda Rusiya və ABŞ liderlərinin Ankoric görüşündən sonra dialoqa maraq yaransa da, Qərb ölkələri yalnız öz tələblərini irəli sürürdülər.

Medvedçukun sözlərinə görə, Ankoric görüşündən sonra mövqelər fərqlənməyə başlayıb, Əbu-Dabi görüşü isə danışıqlar prosesində yeni mərhələnin başlanğıcı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31