Si Cinpin: Çin dövlət müəssisələrində partiya rəhbərliyi gücləndirilməlidir- ÖZƏL

Çin dövlət müəssisələri partiya rəhbərliyini gücləndirməli və korporativ idarəetmə sistemini təkmilləşdirməlidir.
Olaylar.az xəbər verir ki, bunu Çin Prezidenti Si Cinpin bildirib.
O, dövlət müəssisələrinin fəaliyyətində Çin Kommunist Partiyasının hərtərəfli rəhbərliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Si Cinpinin sözlərinə görə, partiya quruculuğu müəssisələrin yüksək keyfiyyətli inkişafında aparıcı rol oynamalıdır.
Prezident həmçinin Çin xüsusiyyətlərinə uyğun müasir korporativ idarəetmə sisteminin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31