ABŞ-dən İsrailə və Körfəz ölkələrinə İranla bağlı xəbərdarlıq – ÖZƏL
11:06 SiyasətOlaylar.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İsrail Müdafiə Ordusunu İranda hərbi kampaniyanın yenidən başlaya biləcəyinə hazırlaşmaq barədə məlumatlandırıb. İsrailin "Kan News" telekanalının amerikalı mənbəyə istinadən yaydığı xəbərə görə, təhlükəsizlik kanalları vasitəsilə İsrail və Fars körfəzi ölkələrinə müharibənin tezliklə bərpa olunması ehtimalına dair siqnallar ötürülüb. Bu məlumatlar ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları yeniləməyə ehtiyac görmədiyi barədə son bəyanatları ilə ziddiyyət təşkil edir. Eyni zamanda, Amerika ordusunun Yaxın Şərqə əlavə qüvvələr cəlb etməyə davam etdiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31