ABŞ Senatında Demokratların lideri dəyişə bilər- ÖZƏL

ABŞ Senatında Demokratlar Partiyasının lideri postu uğrunda rəqabət yaranıb. Merilend ştatından senator Kris Van Hollen 2017-ci ildən bu vəzifəni tutan Çak Şumerə qarşı namizədliyini irəli sürüb. Olaylar.az xəbər verir ki, Associated Press xəbər verir ki, Van Hollen partiyada yeni rəhbərliyə ehtiyac olduğunu bildirərək, liderlik uğrunda mübarizəyə qoşulduğunu açıqlayıb.
67 yaşlı senator 55 demokrat həmkarından 10-nun dəstəyini aldığını təxmin edir. O, daha geniş dəstək qazanmağı hədəfləyir. Demokratların yeni liderinin seçkisi dekabrın əvvəlində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31