Kobaxidze: Avropada Gürcüstanla münasibətlərə sağlam yanaşan bir sıra liderlər var – ÖZƏL
10:56 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, bir sıra Avropa liderləri Gürcüstanla münasibətlərə real və sağlam prizmadan baxırlar və bu cür siyasi xadimlər tək deyil. Dulyində jurnalistlərə açıqlama verən hökumət başçısı qeyd edib ki, ikitərəfli söhbətlər zamanı bunun dəfələrlə şahidi olublar. O, bütün bunların nəticədə Avropanın Gürcüstana ümumi münasibətində də əksini tapacağına ümid etdiyini bildirib və ölkə hakimiyyətinin hadisələrin doğru istiqamətdə inkişafını səbirlə gözlədiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31