Küçə uşaqları QİCS-dən qorunur
Hər il dekabr ayının 1-də bütün dünyada olduğu kimi Azərbaycanda da “Ümumdünya QİÇS-lə Mübarizə Günü” (World AIDS Day) qeyd olunur. Bü gün münasibəti ilə Günərzi “İşıqlı EV” Küçə Uşaqları Mərkəzində “Küçə Uşaqları və SPİD” mövzusunda aksiya keçirilir. Bu məqdsədlə küçədə işləyən və yaşayan, hazırda Günərzi “İşıqlı Ev” Mərkəzində özünə sığınacaq tapmas uşaqlar arasında ümumi biliklərin artırılması məqsədi ilə “SPİD - onun vəsadlaıı” barədə informasiya günü təşkil edilmişdir. Mərkəzdən verilən məlumata görə, bundan sonrada küçə uşaqları arasında İİV/QİÇS-lə mübarizənin gücləndirilməsi, baxımsız uşaqların öz İİV-statusuna dair məlumatlandırılması, biliklərin artırılması, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi, İİV-lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınması məqsədi və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı maarifləndirmə yönümlü tədbirlərin keçirilməsini davam etdirəcəyik.
1 Dekabr 2016 14:42 SosialHər il dekabr ayının 1-də bütün dünyada olduğu kimi Azərbaycanda da "Ümumdünya QİÇS-lə Mübarizə Günü" (World AIDS Day) qeyd olunur. Bü gün münasibəti ilə Günərzi "İşıqlı EV" Küçə Uşaqları Mərkəzində "Küçə Uşaqları və SPİD" mövzusunda aksiya keçirilir. Bu məqdsədlə küçədə işləyən və yaşayan, hazırda Günərzi "İşıqlı Ev" Mərkəzində özünə sığınacaq tapmas uşaqlar arasında ümumi biliklərin artırılması məqsədi ilə "SPİD - onun vəsadlaıı" barədə informasiya günü təşkil edilmişdir. Mərkəzdən verilən məlumata görə, bundan sonrada küçə uşaqları arasında İİV/QİÇS-lə mübarizənin gücləndirilməsi, baxımsız uşaqların öz İİV-statusuna dair məlumatlandırılması, biliklərin artırılması, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi, İİV-lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınması məqsədi və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı maarifləndirmə yönümlü tədbirlərin keçirilməsini davam etdirəcəyik. Eyni zamanda küçə Uşaqlarının qan testindən keçirilməsi məqsədi ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət ediləcəkdir. Küçədə işləyən və yaşayan uşaqlar üçün Sosial Psixoloji Reablitasitya Günərzi ""İşıqlı Ev" Küçə Uşaqları Mərkəzi 2002 -ci ildən Bakı şəhərində fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən mərkəzdə 4500 -dən çox uşaq qeydiyyatdan keçib. Hazırda gün ərzində 15-20 uşaq bu mərkəzinin xidmətlərindən istifadə edir.
Ailə - valideyn himayəsindən məhrum olan uşaqların sayı artır. Bu günün acı həqiqəti uşaqların baxımsızlığıdır. Baxımsız uşaqların insanların onların qayğısına qalıb, onları başa düşərək lazımı mehribanlıq göstərməsinə ehtiyac var. Sosial - reablitasiya Günərzi "İşıqlı Ev" Mərkəzi Bakı şəhəri azyaşlıları üçün dayaq mərkəzi olub, həyatın çətinliklərini görmüş uşaqların sığınacaq yeridir.