Təhsil şöbəsi təkzib edir

Abdullah Öcalanın Azərbaycandakı təbliğatçısı Təhsil Şöbəsinin əməkdaşı deyil PKK lideri Abdullah Öcalanın təbliğatçısı kimi tanınan Laçın rayon sakini Müqabil Baxışov həbs edilib. Laçın Rayon Məhkəməsi onun barəsində 2 ay 19 günlük həbs qətimkan tədbiri seçib. Bəzi mətbuat orqanlarında Müqabil Baxışov Laçın Rayon Təhsil şöbəsinin əməkdaşı kimi təqdim olunub. “OLAYLAR”-ın xəbərinə görə, Laçın Rayon Təhsil Şöbəsi saxlanılan şəxsin təhsil şöbəsinin əməkdaşı olmadığını bildirib. Qeyd edilib ki, Müqabil Baxışov heç də Laçın Rayon Təhsil şöbəsinin əməkdaşı deyil. Belə ki, RTŞ-nin metodisti Müqabil Baxışov 1 may 2014-cü il tarixdən 6 aydan artıq müddətdə qeyri-müəyyən səbəbdən işə gələmədiyinə, əmək müqaviləsi üzrə öhdəlilklərini yerinə yetirə bilmədiyi və işdə yol verdiyi ciddi nöqsanlara görə 2014-cü ilin noyabr ayının 3-dən tutduğu vəzifədən azad olunub.

Abdullah Öcalanın Azərbaycandakı təbliğatçısı Təhsil Şöbəsinin əməkdaşı deyil

PKK lideri Abdullah Öcalanın təbliğatçısı kimi tanınan Laçın rayon sakini Müqabil Baxışov həbs edilib. Laçın Rayon Məhkəməsi onun barəsində 2 ay 19 günlük həbs qətimkan tədbiri seçib. Bəzi mətbuat orqanlarında Müqabil Baxışov Laçın Rayon Təhsil şöbəsinin əməkdaşı kimi təqdim olunub. "OLAYLAR"-ın xəbərinə görə, Laçın Rayon Təhsil Şöbəsi saxlanılan şəxsin təhsil şöbəsinin əməkdaşı olmadığını bildirib. Qeyd edilib ki, Müqabil Baxışov heç də Laçın Rayon Təhsil şöbəsinin əməkdaşı deyil. Belə ki, RTŞ-nin metodisti Müqabil Baxışov 1 may 2014-cü il tarixdən 6 aydan artıq müddətdə qeyri-müəyyən səbəbdən işə gələmədiyinə, əmək müqaviləsi üzrə öhdəlilklərini yerinə yetirə bilmədiyi və işdə yol verdiyi ciddi nöqsanlara görə 2014-cü ilin noyabr ayının 3-dən tutduğu vəzifədən azad olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31