Gündəm
Bakı konfransının iştirakçıları İrana gedəcəklər
Dekabrın 1-də Bakıda keçirilən “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları iki gün sonra İrana yola düşəcəklər.
Özəl xəstəxanalarda ƏDV azaldılsın
"Bütün ölkələrdə dövlət büdcəsindən təhsil və səhiyyəyə ayrılan vəsait arasında böyük fərq var. Lakin bizdə bu məsələ əksinədir. Azərbaycanda dövlət büdcəsindən təhsilə ayrılan vəsait səhiyyədən 2 qat çoxdur". Bunu Milli Məclisdə 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı ürək-damar cərrahı, deputat Rəşad Mahmudov deyib.
Bu, sahibkarlığın inkişafına mane ola bilər
“2017-ci ilin büdcə layihəsində sahibkarların vergi qanunvericiliyini pozduğuna görə, büdcəyə 90 milyon manat həcmində vəsaitin toplanması haqqında müddəanın əksini tapması, kiçik və orta sahibarlığın fəaliyyətini kölgə altına sala bilər”.SİA-nın xəbərinə görə, bunu deputat Bəxtiyar Əliyev parlamentin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı deyib.
Əflatun Amaşov Türk Dünyası Sənədli Filmlər Festivalının nəticələrinə həsr olunmuş toplantıda iştirak edib
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyənin İstanbul şəhərində Türk Dünyası Sənədli Filmlər Festivalının nəticələrinə həsr olunmuş toplantıda iştirak edib. Tədbirə Türkiyə və Azərbaycan ilə yanaşı Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan və Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndələr qatılıblar. Dünya Qəzetəcilər Federasyonunun təşkilatçılığı ilə düzənlənmiş toplantıda MŞ sədri Ə.Amaşov çıxış edib.
Gənclər turizm mövzusunda maarfiləndiriləcək
Maarifçi Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası ictimai birliyi Lənkəranda “Gənclər üçün turizm bələdçiliyi üzrə qış məktəbi” adlı yeni bir layihənin həyata keçirilməsinə başlayıb.
Beynəlxalq mədəniyyət f orumu keçirilib
1 dekabr 2016-cı il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illiyinə həsr olunmuş V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunun rəsmi açılış mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. 3 dekabr tarixinədək davam edəcək Forum çərçivəsində plenar iclaslar, dəyirmi masalar və kino, teatr, musiqi, rəqs, kütləvi kommunikasiya kimi istiqamətlər üzrə master-klaslar keçirilməsi planlaşdırılır. Mədəni proqram çərçivəsində forum iştirakçılarının Ermitaj və Rus muzeyləri, Mariinski və Mixaylovski teatrları, Boris Eyfmanın Balet Teatrı ilə tanışlıq, S.Prokofyevin 125 illiyinə həsr olunmuş qala-konsert və digər tədbirlərdə iştirakı nəzərdə tutulur. Forumda mədəniyyət nazirləri, diplomatik missiyaların başçıları, Rusiyanın aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, incəsənət xadimləri beynəlxalq mədəni əməkdaşlıq sahəsində mütəxəssislər iştirak edir.
Ermənistan Hamburq görüşü ilə bağlı hələ də cavab verməyib
"Hər dəfə deyirik ki, biz imitasiya üçün danışıqlar aparmırıq. Biz gərək sülh naminə işləyək".
Müdafiə sahəsinə hansı diqqət göstərilirsə, mədəniyyətə də o diqqət olmalıdır
“Nə musiqi məktəbləri, nə də teatrlar bağlanmalıdır” “İqtisadiyyatın dağılmış sahəsini qısa zamanda bərpa etmək olar. Ancaq təhsil və mədəniyyətin dağılmasını bərpa etmək üçün uzun illər tələb olunur”.
Bakıda yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
Bakı və Abşeron yarımadasında dekabrın 2-də bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.
Binəqədidə yanan bina ilə bağlı məhkəmədə sənədlərin tədqiqi davam edir - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitləri vergiyə cəlb oluna bilər
"Dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitləri mənfəət və əmlak vergisinə cəlb olunması məsələsinə baxılmalıdır". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
"Rusiya hərbi bazası Qırğızıstanı tərk etməlidir"
"Rusiya Qırğızıstanın strateji tərəfdaşı olaraq qalacaq, lakin ölkəmiz hərbi sahədə öz gücünə arxalanmalıdır".
4 ayın gəlininə qarşı DƏHŞƏTLİ CİNAYƏT
Türkiyənin Aydın bölgəsində inanılmaz hadisə baş verib. Sia xəbər verir ki, 4 ay əvvəl imam nikahı ilə ailə quran 23 yaşlı qadın huşsuz halda ata evinin önünə atılıb. İddiaya görə, xəstəxanaya aparılan qadının qabırğasında və barmaqlarında qırıqlar və cinsi orqanına kimyəvi turşu töküldüyü məlum olub. İşgəncələrə məruz qalan qızın ailəsi polisə şikayət edib və polis şübhəlilərin həbsi ilə bağlı işə başlayıb.
Maliyyə naziri gələn ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amilləri açıqlayıb
Bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı
Dünya mətbuatında 17 il yer altında sağ qalan insanın 2014-cü ildə xilas edildiyi barədə məlumat geniş yayılıb.














