Bakı konfransının iştirakçıları İrana gedəcəklər

Dekabrın 1-də Bakıda keçirilən “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları iki gün sonra İrana yola düşəcəklər.

Dekabrın 1-də Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları iki gün sonra İrana yola düşəcəklər. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə məlumat verib. A.Paşazadə bildirib ki, İranın Tehran şəhərində ayətullahlar, din və dövlət adamları ilə görüşlər keçiriləcək. O qeyd edib ki, İranda baş tutacaq görüşlər bu gün Bakıda "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli" mövzusunda keçirilmiş konfransın bir növ davamı olacaq. QMİ sədri deyib ki, son zamanlar Rusiya, İran və Azərbaycanın dövlət rəhbərləri arasında görüşlər keçirilir: "Din xadimləri arasında keçirilən bu görüşlər üç dövlət arasında gələcək qonşuluq və dostluq münasibətlərinə müsbət təsirini göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31